Azərbaycanlı milyarder ölkədən çıxdı
Bizi izləyin

Bilgi.az

Azərbaycanlı milyarder ölkədən çıxdı

Rza Zərrabın ölkədən çıxma qadağası ləğv olunandan sonra ilk dəfə ölkədən çıxış edib.

Publika.az xəbər verir ki, keçən həftə polisə düşən Rza Zərrab 48 metr uzunluğundakı “60 Years” adlı yaxtası ilə Rodosa (Yunan adası – red) gedib. İddialara görə, haqqında mətbuatda gedən xəbərlərdən narahat olan Rza Zərrab və Ebru Gündəş cütlüyü istrahətlərinə yunan adalarında davam etməyə qərar veriblər.

Xatırladaq ki, Rza Zərrab 17 dekabr əməliyyatları zamanı həbs olunub. Zərrab 74 gün həbsdə qaldıqdan sonra ölkədən çıxmamaq şərtilə fevralın 28-də azad edilib. Daha sonra xaricə çıxmaq qadağasının ləğv olunması üçün məhkəməyə müraciət edən Rzanın tələbi haqlı görülüb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm