• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ramin Hacılıdan xanım yazara hamının gözü qarşısında şok təklif... - VİDEO

  • Maraqlı
  • 28 İyun 2014 19:39
  • 645 Baxış
Ramin Hacılıdan xanım yazara hamının gözü qarşısında şok təklif... - VİDEO

"Mən buradan ona evlənmə təklifi edirəm"

İyunun 28-də Bakıdakı Muğam Mərkəzində keçirilən TED x tədbirində maraqlı olay yaşanıb. Tədbirdə məruzəçi kimi " Yüklənmə" mövzusunda çıxış edən Ümid Partiyasının sədr müavini Ramin Hacılı yekunda hamını şoka salacaq bir addım atıb. O, çıxışının sonunda tanınan yazıçı-jurnalist Aysel Əlizadəyə evlənmək təklifi edib.

Həmin tədbirdə A.Əlizadə zalda olub və videodan da göründüyü kimi xanım yazarın özü üçün də təklifin auditoriya qarşısında səsləndirilməsi gözlənilməz olub.

R.Hacılı Aysel Əlizadə ilə ilk tanışlığı haqda danışıb. O, deyib ki, ötən il prezident seçkiləri günü Aysel Əlizadə ilə tanış olub: "Seçkilər günü biz tanış olduq. Onun əvvəllər evli olduğunu, bir övladının olduğunu bildim. Amma eşitdim ki, hazırda evli deyil. Təbii ki, ümidləndim. Ümidləndim və... Burdan ona evlənmə təklifi edirəm".

R.Hacılının bu təklifi zalda böyük coşğuya səbəb olub və alqışlarla qarşılanıb.

Musavat.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR