Özünü qaynanaya sevdirməyin yolları
Bizi izləyin

Bilgi.az

Özünü qaynanaya sevdirməyin yolları

Münasibətlərin uzunömürlü olması üçün ən önəmli nüanslardan biri də özünü bəyin ailəsinə sevdirməkdir. Xüsusilə, gəlinlərin qayınanalarla yaxşı anlaşması çox önəmlidir. Bunun üçün gəlinin bəzi hiylələyə əl atması kifayətdir.

Qayınananı ələ almağın yolları nələrdir? Yazımızda bu sualın cavabını verməyə çalışmışıq.

Utancaq, çəkingən olmayın

Qayınananızla ilk dəfə görüşəndə özünüzü ona tanıtmağa çalışın. Çox danışmayın, ancaq söhbətdə də passiv də qalmayın. Suallar verin, söhbət sizi sıxsa da, bunu büruzə verməyin. Daim gülümsəməyə çalışın. Söhbət qəhqəhə atmaqdan deyil, gülümsəməkdən gedir.

Onu tanımağa çalışın

İnsanların ən zəif nöqtələri özləri haqda danışmaqdan hədsiz dərəcədə xoşlarının gəlməsidir. Qayınananıza sual verin və özü haqqında danışmasına fürsət yaradın. Qulaq asmasanız belə, diqqətiniz onda imiş kimi görünün. Aranızdaki səmimiyyətin artdığının şahidi olacaqsınız. Ərinizin, nişanlınızın uşaqlığı haqda suallar verin. Bu onların ən xoşuna gələn mövzulardır. Onu necə böyütdüyündən, necə zəhmət çəkdiyindən uzun-uzadı danışacaq və inanın sizə bu fürsəti yaratdığınız üçün minnətdar olacaq.

Kömək təklif edin

Əgər qayınananıza qonaq getmisinizsə, süfrəni hazırlamağa və ya yığışdırmağa ona kömək edin. Ancaq əvvəl soruşun, sonra kömək edin. Yoxsa icazəsiz burnunuzu hər şeyə soxduğunuzu fikirləşib sizi mənfi dəyərləndirə bilər.

Əliniz boş getməyin

Qonaq gedəndə ərinizdən anasının nələrdən xoşu gəldiyini soruşun və ona uyğun hədiyyə alın. Bu sevdiyi çiçək, şirniyyat və ya suvenir ola bilər.

Tərifləyin

Qayınananızı tərifləyin. Amma ölçü hissini aşıb yaltaq kimi də görünməyin. Ancaq ölçülü edilən tərif aranızdaki səmimiyyəti artıracaq. Məsələn, evin dekorasiyasını və ya yeməklərini çox bəyəndiyinizi deyə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm