Dünyanı dəhşətə salan 10 manyak
Bizi izləyin

Bilgi.az

Dünyanı dəhşətə salan 10 manyak

1896-cı il mayın 7-də Amerikanın Filadelfiya ştatındakı “Moyamensinq” həbsxanasında 34 yaşlı Henri Hovard Holms edam olundu. 50-dək insanın ölümündə müqəssir bilinən Holms XX əsrdə Amerika cəmiyyətinin ciddi problemlərindən birinə çevriləcək silsilə qətllər törədən manyakların rəsmən qeydə alınmış ilk nümayəndəsi idi.

Əsas motivi qisas, qısqanclıq, qarət və s. olan cinayətlərdən fərqli olaraq, silsilə qətllər törədən manyakların əsas motivi seksual ehtiyaclarını ödəmək və zədələnmiş psixikalarını, eqolarını məmnun etməkdən ibarət idi. Buna görə də manyaklar hüquq-mühafizə orqanları və kriminalistlər üçün ən çətin kateqoriya sayılmağa başlandı. Sonradan kriminalistlər törədilən cinayətin motivinə əsasən, silsilə qətllər törədən manyakların klassifikasiyasını da hazırladılar. Silsilə qətllər törədən manyaklar motivinə görə aşağıdakı qruplara ayrılır:

“Hakimiyyətsevər” manyaklar - şəxsi natamamlıq kompleksini kompensasiya etmək üçün qurbanı üzərində hakimiyyət hiss etmək istəyənlər;

“Şəhvətpərəst” (gedonist) manyaklar - seksual həzz və məmnunluq yaşamaq üçün qətllər törədən;

“Vizioner” manyaklar - adətən şizofreniya və hallüsinasiyadan əziyyət çəkənlər;

“Missioner” manyaklar - özlərini cəmiyyəti “tullantılardan” - fahişələrdən, homoseksuallardan, digər irq və millətlərdən təmizləyən “hakim”, “qisasçı” kimi hiss edənlər;

“Hannibal” (adamyeyən) manyaklar - insan əti yemək üçün qətl törədənlər.

Kriminalistika tarixinin ən dəhşətli və amansız silsilə qətllər törədən manyaklarının siyahısını təqdim edirik.

10. Riçard Ramirez (29 fevral 1960 - 7 iyun 2013) - 13 qətl, 11 zorlama, 5 sui-qəsd və şəxsi mülklərə 14 dəfə qanunsuz daxil olmaqda günahı sübuta yetirilən amerikalı manyak. 1984-cü il iyunun 28-dən 1985-ci avqustun 24-nə qədər olan müddətdə Los-Ancelesdə tapança və bıçaqdan istifadə etməklə gecə saatlarında təsadüfən seçdiyi evlərə daxil olaraq, qanlı cinayətlər törədib. Məhkəmnin qərarı ilə edam cəzasına məhkum edilmişdi. Lakin 2013-cü il iyunun 7-də həbsxanada böyrək çatışmazlığından ölüb.

9. Con Geysi (17 mart 1942 - 10 may 1994) - 33 qətl və zorlama. Həyatda pulu uşaqları əyləndirən təlxək kimi qazandığı üçün Con Geysini “qatil təlxək” (killer clown) adlandırırdılar. O 1972-ci ilin yanvarından 1978-ci ilin dekabrına qədər 33 yeniyetmə oğlanı qətlə yetirib. 1978-ci il dekabrın 11-də həbs edilən seksual manyakın evində 29 cəsədin qalıqları aşkar olunub. O etiraf edib ki, daha 4 nəfərin cəsədini evinin yaxınlığındakı çaya atıb. Hər törətdiyi qətlə görə ayrıca mühakimə olunan Geysi 21 ömürlük və 12 edam cəzasına məhkum olunur. 1994-cü il mayın 10-da 52 yaşlı Con Geysi bədəninə ölümcül inyeksiya yeridilməklə edam olunub.

8. Henri Li Lukas (23 avqust 1936 - 13 mart 2001) - 11 qətl. Digər silsilə qatillərdən fərqli olaraq Lukas tək yox, öz dostu və sevgilisi Ottis Tul ilə birlikdə cinayətlər törədib. Çoxsaylı zorlamalar, qarətlər, qətllər törədən “duet” həm də qurbanlarının ətindən qida kimi istifadə edirdilər. 1998-ci ildə barəsindəki edam hökmü ömürlük həbs cəzası ilə əvəzlənən Lukas 2001-ci il martın 13-də həbsxanada ürək çatışmazlığından ölüb. Onun cinayət ortağı Ottis Tul isə daha öncə, 1996-cı il sentyabrın 15-də Florida həbsxanasında keçinib. Qeyd etmək lazmdır ki, Lukas istintaqa ifadəsində 300-dən artıq qətl törətdiyini etiraf etmişdi.

7. Aleksandr Piçuşkin (9 aprel 1974 - ) - 49 qətl, 3 sui-qəsd cəhdi. Aleksandr Piçuşkin yeni nəsil Rusiya silsilə qatillərinin ən dəhşətlisi hesab olunur. Qətllərini Moskvanın Bitsevsk parkında törətdiyi üçün “Bitsevk manyakı” kimi tanınan Piçuşkin qıətllərini boğmaq yolu ilə yaxud müxtəilf nahiyələrə cəkic zərbələri vurmaqla həyata keçirirdi. 2006-cı il iyunun 16-da həbs edilən manyak 1992-ci ildən bəri törətdiyi qanlı cinayətlərə görə məhkəmə qarşısına çıxarılıb. 2007-ci il oktyabrın 29-da 34 yaşlı manyak 49 qətl epizoduna və 3 sui-qəsd cəhdinə görə ömürlük həbs cəzasına məhkum edilib. O, hazırda Yamal-Nenetsk Muxtar Dairəsində yerləşən “Qütb Bayquşu” xüsusi rejimli islah-əmək koloniyasında cəzasını çəkir.

6. Cefri Damer (21 may 1960- 28 noyabr 1994) - 17 qətl. “Miluokili Hannibal” adlandırılan Damer 1978-ci ildən başlayaraq yeniyetmə homoseksual gəncləri qətlə yetirməyə və onların ətindən qida kimi istifadə etməyə başlayıb. 1991-ci ilin iyulunda həbs edilən Damer məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilmişdi. 1994-cü il noyabrın 28-də cəza çəkdiyi müəssisədə kamera yoldaşı tərəfindən qətlə yetirilib.

5. Albert Fiş (19 may 1870 - 16 yanvar 1936) - 7 qətl. “Bruklin vampiri” adlandırıan Fiş 1910-cu ildən başalyaraq qətllər törətməyə başlayıb. Əsasən azyaşlı qız və oğlanları özünə hədəf seçən manyak adətən qurbanlarını bişirib yemək vərdişinə sahib idi. 1930-cu ilin mayında həbs edilən Fiş məhkəmənin hökmü ilə edam cəzasına məhkum edilib. O 1936-cı il yanvarın 15-də elektrik stulunda edam olunub.

4. Dennis Reyder (9 mart 1945 - ) - 10 qətl. Amerikalı Dennis Reyder 1974-1991-ci illər arasında 10 nəfəri qətlə yetirib. Adətən müxtəlif yaş qruplarında olan qurbanlarına ölümündən öncə işgəncələr verən Reyder 2005-ci ilin fevralında həbs olunub. Məhkəmə onu 10 dəfə ömürlük həbs cəzasına məhkum edib.

3. Ted Bandi (24 noyabr 1946 - 24 yanvar 1989) - 26 qətl. 1974-cü ildən başlayaraq Teodor Bandi Amerikanın müxtəlif ştatlarında gənc qadınları qətlə yetirməyə başlayıb. 2 dəfə həbsdən qaçan, silsilə qətllər törədən manyak 1978-ci ildə həbs olunub və 2 illik məhkəmə prosesindən sonra edam cəzasına məhkum edilib. Bandi 1989-cu il yanvarın 24-də Florida Dövlət Həbsxanasında elektrik stulunda edam olunub.

2. Harri Ricuey (18 fevral 1949- ) - 49 qətl. Amerikanın Sietl ştatında 1982-ci ildən başlayaraq qadınları zorlayaraq qətlə yetirən Harri Ricuey 2001-ci ildə həbs olunub. 2003-cü ildə məhkəm onu 49 qətldə təqsirli bilərək 49 dəfə ömürlük həbs cəzasına məhkum edib.

1. Andrey Çikatilo ( 16 oktyabr 1936 - 14 fevral 1994) - 53 qətl. Sovet İttifaqının ən məşhur manyakı hesab edilən Çikatilo 1978-1990-cı illər ərzində fəaliyyət göstərib. Həm azyaşlı, həm də yeniyetmə oğlanları və qızları qətlə yetirən manyak daha çox maddi durumu çətin olan, evdən qaçan şəxsləri özünə hədəf seçirdi. 1990-cı il noyarbın 20-də həbs edilən Andrey Çikatilo 1994-cü il fevralın 14-də güllələnərək edam olunub. (Milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm