• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ yadplanetlilərin gəmisini burada saxlayır: “Zona-51”

  • Maraqlı
  • 1 İyul 2014 08:30
  • 5 190 Baxış
ABŞ yadplanetlilərin gəmisini burada saxlayır: “Zona-51”

ABŞ-ın Nevada ştatındakı “Zona-51” dünyanın ən ciddi-cəhdlə qorunan məxfi hərbi obyekti saymaq olar. Zarafat deyl, yer kürəsində elə bir ufoloq tapılmaz ki, “Zona-51” də gəzmək xəyalında olmasın. Axı amerikan hərbçilərinin 1949-ci ildə Nevadada qəzaya uğramış yadplanetlilərin gəmisini məhz burada saxladıqları iddia edilir. Doğrudur, ABŞ hökuməti müxtəlif illərdə dəfələrlə bu söz-söhbətlərin yalan olduğunu bəyan edib. Amma faktlar əksini sübut edir.

“Zona-51” Nevada ştatında Las-Veqas şəhərinin şimal-qərbində böyük ərazini əhatə edir. Amerika hərbçiləri burada ən yeni texnologiyaları sınaqdan keçirirlər. Elə nüvə poliqonu da burada yerləşir. Saysız-hesabsız məxfi laboratoriyalarda minlərlə mütəxəssis çalışır.

İlk dəfə uçan boşqablarla bağlı məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Stiven Uilson açıqladı. O, 1960-cı ildə Ray-Patterson aviabazasında xidmət çəkərkən anqarlarda yadplanetlilərin gəmisini gördüyünü iddia etdi. Bundan başqa Uilson deyirdi ki, 1973-cü ildə xidmət yeri başqa hərbi aviabazaya dəyişib. “Zona-51”də, Qrum gölünün sahilində xidmət edərkən isə uçan boşqabları və boyları 2.5 metrə çatan humonoidləri görüb.

Amma Stivenin açıqlamaları yarıda kəsilir. Amerika Milli Təhlükəsizlik Agentliyində sorğu-sual edilən zabit sonralar susmağa üstünlük verir.

1990-cı illərdə isə fizik Robert Lazarın məxfi zona ilə bağlı verdiyi açıqlamalar gündəmə bomba kimi düşür. O bildirir ki, 1988-ci ildə hərbçilər tərəfindən “Zona-51”də yerləşən Los-Alamos laboratoriyasına dəvət edilib. Fizik alim Papuz dağının ətəyində yerləşən anqarda yadplanetlilərin gəmisinin reaktorlarını tədqiq etməklə məşğul olub.

Lazar gördüyü iş barədə yaxın qohumlarına danışır. Söz-söhbət böyüməyə başlayanda xüsusi xidmət orqanları fiziki izləməyə başlayır. Alim hiss edib ki, hər şey onun fiziki məhvinə doğru gedir. Lazar isə yaşamaq istəyirdi. Odur ki, son şansından istifadə edir. Televiziyalardan birinə çıxaraq hər şeyi açıq-aydın danışır.

Bundan sonra Müdafiə Nazirliyi bəyanat yayır ki, biz belə bir alimi məxfi obyektlərdə işə dəvət etməmişik. Vəssalam, hərbiçilər bundan artığını deyə bilmirlər. Bir qədər sonra isə mətbuatda Müdafiə Nazirliyinin Robert Lazarın gördüyü işlərlə bağlı onun hesabına köçürdüyü bank ödəniş çeklərinin surəti dərc edilir. Əgər Lazar məxfi obyektdə çalışmamışdısa, bu nə çeklər idi?

“Zona-51”də uçan boşqabları görən və bunu mətbuata açıqlamaqdan qorxmayan təkcə Lazar deyildi. Müxtəlif vaxtlarda konstruktor Bil Yuxaus, elektik mühəndisi Daqlas Şreder, obyekti vaxtilə qoruyan xüsusi təyinatlı Derek Henessi də informasiyanı məxfi saxlayacaqları barədə iltizam versələr də, andı pozmuşdular. Ancaq Lazardan fərqli olaraq, onların hər üçü mətbuata çıxdıqdan az sonra şübhəli şəraitdə həlak oldu. Görünür, məxfi informasiyaların yayılması Amerikanın milli maraqlarına zərbə vurur və informasiyanı yayan şəxs həm də öz ölüm hökmünü imzalayır.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR