Rihanna atasını seçdi – Fotolar
Bizi izləyin

Bilgi.az

Rihanna atasını seçdi – Fotolar

Hər gün qlamur tədbirlərdə görüntülənən Rihanna dünən gününü ailəsinə həsr edib. Müğənni Kaliforniyada restoranların birində atası Ronald Fenti ilə şam edərkən paparasilərin kameralarına tuş gəlib.

Qeyd edək ki, elə dünən ABŞ-da “BET Awards” mükafat vermə mərasimi keçirilib. Mərasimdə iştirak etməyən Rihanna iki mükafata namizəd olub: “R&B və ya pop stilində ən yaxşı müğənni” və “Pərəstişkar mükafatı”. Lakin hər iki mükafatı Beyons onun əlindən alıb.

Buna baxmayaraq, Rihanna həmin gün həmişə soyuq münasibət saxladığı atası ilə birgə olub. Qeyd edək ki, Rihanna yeniyetmə olarkən atası ailəni tərk edib. Riri futbol azarkeşi olduğundan şam yeməyinə Meksika komandasının simvolu əks olunmuş gödəkcədə gəlib.

Nura

Рианна

Рианна с отцом Рональдом Фенти

Рианна

Рианна

Рианна

Oxumağa davam et
Reklam
Reklam

Gündəm