Doodle-dan Viollet-le-Duc doodle-u
Bizi izləyin

Bilgi.az

Doodle-dan Viollet-le-Duc doodle-u

Doodle-dan Viollet-le-Duc doodle-u

Google hazırladığı ən son doodle ilə XIX əsrə damğa vuran Fransız memar Viollet-le-Ducun 200-cü doğum gününü qeyd edib.

Tarixi binaların bərpasında göstərdiyi müvəffəqiyyətli addımları ilə adını ölümsüzləşdirən le-Duc 1814-cü il, yanvarın 27-də Parisdə dünyaya gəlib.

Fransanın siyası qarışıqlıq içində olduğu illərdə kilsə təzyiqinə qarşı çıxan görüşü mənimsəyən və respublikaçılıq cərəyanına qapılan le-Duc 1830-cu ildə İyul İnqilabına dəstək verib.

İnqilabdan sonra bir neçə il İtaliyada olan le-Duc 1835-ci ildə ölkəsinə qayıdıb və Roma dövründən qalan Vezelay monastırını bərpa etməklə məşğul olub.

Fransa-Prussiya müharibəsində (1870-71) cəbhədə olan le-Duc müdafiə xəttlərinin inkişaf etdirilməsində böyük rol oynayıb. Onun dizaynlarından İkinci Dünya Müharibəsidən əvvəl Verdunun, müharibə illərində isə Maginot müdafiə xəttinin dizaynında istifadə edilib.

Viollet-le-Duc 1879-cu ildə İsveçrənin Lozanna şəhərində öz inşa etdiyi villasında həyata gözlərini yumub.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm