Bəxt yaxşı şeydir
Bizi izləyin

Bilgi.az

Bəxt yaxşı şeydir

Hindistanda yaşayan 17 yaşlı yeniyetmə qız tikinti aparılan ərazidən yıxılıb. O, yıxılarkən dəmir-beton çərçivənin üzərinə düşüb. Nəticədə, dəmir tillərdən üçü qızın bədəninə keçib, lakin xoşbəxtlikdən, o, sağ qala bilib.

Qız tikinti aparılan binanın damından yıxılıb. Betonun bərkidilməsi üçün istifadə edilən metal çərçivələrin hissələri qızın bədənindən düz 10 saat sonra çıxarılıb. Əməliyyat beş saat davam edib.

Bədəninə sancılan hər üç metal hissəcik həyat əhəmiyyətli orqanlara dəymədiyindən qız sağ qala bilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm