Bilgi.az
Təcavüzə məruz qalmış jurnalist film çəkdirir - Fotolar
Kanadalı jurnalist Amanda Lindhout Somalidə öz xidmətini yerinə yetirərkən əsir düşüb. On beş ay əsirlikdə qalan Amanda ona işgəncə vermiş adamı bağışlayıb və hətta “Facebook” sosial şəbəkəsində də onunla yazışıb. İndi isə Amanda başına gələn hadisələri ictimaiyyətlə bölüşərək film çəkdirir. Hollivudda otuz üç yaşlı Amandanın müəllifi olduğu “The house in the sky”(“Səmadakı ev”) adlı kitabı əsasında filmin çəkilişlərinə başlanılıb.
Ekran əsərində baş rolu Runi Mara canlandıracaq.
“Səmadakı ev” Amandanın təzyiqlərə məruz qalarkən fikrini yayındırmaq üçün uydurduğu yer olub. O məhz təxəyyülü sayəsində sağ qaldığını bildirir. Lindhout sonsuz seksual təcavüzlərə məruz qalıb. Amanda deyir: “Abdulla mənə təcavüz edir, incidirdi. Mən isə bədənimi tərpədə bilməsəm də belə, özümü müdafiə etməyə çalışırdım”.
Amanda Lindhout və avstraliyalı fotoqraf Nigel Brennan 2008-ci ilin avqustunda Moqadişo şəhərində islam fundmentalistləri tərəfindən əsir götürülüb.
Amanda 460 gün əsirlikdə qalıb və 2009-cu il noyabrında tələb olunan 600 min dollar ödənildikdən sonra o azad edilib.
Azadlığa çıxandan sonra Amanda Somalidə qadınların təhsilini təmin etmək üçün Qlobal Zənginlik Fondu yaradır. Günlərin birində qadın “Facebook” sosial şəbəkəsində onu əsirlikdə saxlayan şəxs tərəfindən ismarıc alıb. Təcavüzçü Amandanı Somalidə işləməyə dəvət edib.
Nura
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”