Amerika Birləşmiş Sultanlığı: Amerikada müsəlmanların sayı xeyli artıb
Bizi izləyin

Bilgi.az

Amerika Birləşmiş Sultanlığı: Amerikada müsəlmanların sayı xeyli artıb

İslam xristianlıqdan sonra ABŞ-da ölkənin əsas dininə çevrilir. Qəribədir, 2001-ci ildə Nyu-Yorkdakı əkiz qüllələr partladıldıqdan sonra Amerikada böyük antiislam əhvalı yaranmışdı. Hətta cənub ştatlarında bir neçə müsəlman küçənin ortasında güllələnmişdi. Bəzi KİV-lər və siyasətçilər isə Məkkə və Mədinəyə atom bombası atıb islamı birdəfəlik məhv etməyi təklif edirdilər. Bəs az müddət ərzində nə dəyişdi?

İş orasındadır ki, müsəlman ölkələrindən ABŞ-a miqrasiya axını hətta 2001-ci ildən sonra da azalmadı. Hər il yüz minlərlə insan yeni dünyaya köç edir. İstər məshəti türkləri olsun, istər İraq kürdləri, istərsə də İrandan siyasi təqiblə bağlı köçənlər. Bu axın heç vaxt dayanmayıb.

2000-2013-cü illər aralığında Birləşmiş Ştatlarda müsəlmanların sayı 1 milyondan 2,6 milyonadək artıb.

Nəticədə 50 ştatdan 20-də xristianlardan sonra çoxluğu müsəlmanlar təşkil edib. Halbuki əvvəllər ikincilik yəhudilərdə idi.

Bununla belə, müsəlmanların artımı tək miqrasiya ilə bağlı məsələ deyil. Müsəlman əhali arasında doğum faizi başqalarına nisbətən daha yüksəkdir. Daha bir maraqlı nüans - ölkənin cənub ştatlarında latındilli əhali arasında islamı qəbul edənlərin sayı kəskin artıb.

Artıq Florida və Texas ştatlarındakı məscidlərdə meksikalı, yaxud puertorikalı imamları, mollaları görmək heç kimdə təəccüb oyatmır. Məsələ ondadır ki, Amerika cəmiyyətində latinoslar (latın dillilər) sevilmir və onlar islama keçməklə islam cameəsində özlərini daha rahat hiss edirlər.

Hesablamalara görə, 2030-cu ilədək Amerikada müsəlmanların sayı 7 milyona yaxınlaşacaq. Bu o deməkdir ki, müsəlman əhalisinin sayına görə, 2030-cu ildə ABŞ Avropa dövlətlərini üstələyəcək. İstisna yalnız Rusiya olacaq. Çünki həmin vaxta Rusiya müsəlmanlarının sayı 19 milyona çatacaq. Fransada isə bu rəqəm 6,5 milyon olacaq.

Bütün bunlar indidən ağdərili amerikalıları narahat edir. Üstəlik, Nyu-Yorkda yerlə yeksan edilmiş əkiz qüllələrin yaxınlığında 2010-cu ildə Obamanın xeyir-duası ilə məscid tikilməsi başlayanda çoxları “barmağını dişlədi”. Onlar Amerika prezidentinin ikinci adını xatırladılar - Hüseyn. Odur ki, sorğulara görə, son 5 il ərzində Barak Hüseyn Obamanın əsl müsəlman olduğuna inanan amerikalıların sayı 12 faizdən 19 faizə çatıb.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm