Bilgi.az
Kökəlmədən necə xilas olmaq olar?
Köklük ümumi bir bəladır. Hər kəs az da
olsa zaman - zaman köklüyündən şikayət edir. Az hərəkətli həyat
tərzi yaşayanlar, digərlərinə nisbətən çəkinin artmasına daha çox
meylli olur. İngiltərə alimlərinin hesablamalarına görə, 1980-cı
ildən bu günə qədər piylənmədən əziyyət çəkən insanların sayı 4
dəfə artaraq, təxminən 1 milyarda çatıb.
ANS TV-nin məlumatına görə, son hesablamalar
göstərir ki, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət
çəkir. Bunların da əksəriyyəti qadınlardır. Dünya əhalisi arasında
daha çox piylənmədən əziyyət çəkənlər isə amerikalılardır. Əsas
səbəb də bu ölkədə fast - foodlara üstünlük verilməsidir.
Ümumiyyətlə, həkimlər elə kökəlmənin əsas səbəblərindən biri də
düzgün qidalanmamaqda görür.
Həkim Arzu Musayevanın sözlərinə görə, genetik
səbəblərdən qidalanma rejiminə düzgün riayət edilməməsi, bir dəfəyə
oturub daha çox yeməsindən hipodinamik həyat tərzi keçirməkdən,
eləcə də stress faktorlardan irəli gələn bir
prosesdir.
Qadınlarda kökəlmə, həm də hormonal və ginekoloji
problemlərlə bağlı olur. Psixoloqlara görə, bu, həm də psixika ilə
bağlı olan bir prosesdir. Yəni kökəlmə prosesini formalaşdıran
bizim şuraltına göndərdiyimiz informasiyalardır.
Psixoloq Aidə Nəbiyevanın sözlərinə görə, insan
hiss etdikdə ki, o gərginliyə düşür, ondan sonra nə yesə də o
kökələcək: “Çünki psixika özünə komanda verir ki, mən kökəlirəm.
İnsan dietada da edə bilər, idmana da gedə bilər, müvəqqəti
arıqlaya da bilər, amma o gərginlik insanı
kökəldir".
Kökəlmənin bir səbəbi də hərəkətsizlikdir. İnsan
qidalanıb hərəkət etmədikdə daxil olan enerji ilə, xaric olan
enerji arasında balans pozulur. Nəticədə artıq qalan kalorilər piy
şəklində yığılır. Piylənmə isə müxtəlif xəstəliklərə, hətta ölümə
gətirib çıxarır. Hər il dünyada 2,8 milyon insan artıq çəki və
piylənmədən həyatını itirir.
Həkim Adil Qeybulla qeyd edir ki, köklük ürək üçün
əlavə yük yaradır: “Gün ərzində, ən azı 6 km gəzmək tövsiyyə
olunur. Bu da qidanın bir xeyli hissəsinin yanmasına gətirib
çıxarır ki, bu da insanları rahatlaşdırır”.
Kökələn insan isə ilk olaraq pəhrizlərə üz tutur.
Hər bir orqanizm fərqli olduğuna görə onlara təyin edilən pəhriz də
indivudual olmalıdır. Amma pəhriz zamanı hər kəs üçün vacib olan
bir qidalanma rejimi var.
Dietoloq Ərşad Əzimzadə deyir ki, insan birinci
növbədə çiy su içməlidir: “15 dəqiqə sonra hər hansı bir meyvə
yeməlidir. Meyvələri qarışdırmaq olmaz. Yarım saat sonra bir qab
tərəvəz salatı ilə bir növ yemək yemək olar”.
Bir sözlə, sağlam həyat tərzi və düzgün qidalanma
insanı kökəlmə və piylənmə xəstəliyindən qurtaran əsas şərtdir.
Odur ki, bu gün nə yediyimizə diqqət edib, aktiv həyat tərzi
keçirək ki, sabah onun fəsadları həyatımızı məhv
etməsin.
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO