• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dünyanın ən məşhur ulduzu kimdir? (FOTO)

  • Maraqlı
  • 2 İyul 2014 01:32
  • 701 Baxış
Dünyanın ən məşhur ulduzu kimdir? (FOTO)

Amerikalı pop ulduz Beyons "Forbes" jurnalının keçirdiyi sorğu əsasında dünyanın ən nüfuzlu məşhuru seçilib.

Dünyanın ən nüfuzli 100 məşhuru siyahısında ilk yeri tutan müğənni il ərzində verdiyi 95 konsertinə və yeni albomuna görə birinci olub.

“Sony” musiqi şirkətinin verdiyi məlumata görə, Beyonsun albomları 100 milyondan çox satılıb.

17 Qremmi mükafatı alan Beyons hər bir konsertindən 2,4 milyon dollar olmaqla, son bir ildə ümumilikdə 115 milyon dollar qazanıb.

Qeyd edək ki, gözəl ulduzun birinci olduğu siyahıda əri Cey Zi 6-cı yeri tutub. Cey Zinin illik gəliri 60 milyon dollardır.

Tabloid.az “Forbes”in jurnalının keçirdiyi sorğuya əsasən, ən nüfuzlu məşhurların ilk 10-luğunu təqdim edir:

  1. Beyons
  2. Lebron Ceyms
  3. Dr.Dre
  4. Opra Uinfi
  5. Ellen Dedceneres
  6. Cey Zi
  7. Floyd Meyuezzer
  8. Rihanna
  9. Keti Perri
  10. Robert Dauni

Xəbər lenti

DAHA ÇOX XƏBƏR