• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Soyunan qızlara qadağa

  • Maraqlı
  • 2 İyul 2014 07:19
  • 593 Baxış
Soyunan qızlara qadağa

Fransa məhkəməsi qalmaqallı çıxışları ilə yadda qalan beynəlxalq qadın hüquqları müdafiəçisi FEMEN təşkilatının Parisdəki mərkəz ofisinin bağlanılması qərarını verib.

ANS PRESS-in məlumatına görə, FEMEN fəalları bir neçə ay əvvəl Paris yaxınlığındakı Klişi-la-Qarendə binalardan birini qeyri-qanuni olaraq, ələ keçirmişdi. Həmin köhnə bina hansısa su idarəsinə aid olub, lakin çoxdandır istifadə edilmirmiş.

Qruplaşma üzvləri binada yaşayaraq yemək hazırlayır, aksiyalarının məşqlərini edir və nümayişlər zamanı polisə qarşı özünü müdafiə etmə fəndlərini inkişaf etdirirlər.

"Asnieres-sur-Seine" məhkəməsi fəalların dərhal binadan çıxarılmasına qərar verib. Həmçinin feminist təşkilatın binada olduqları müddətdə yığılan elektrik borcunun ödənilməsi üçün 7 400 avro tələb edilib.

FEMEN lideri İnna Şevçenko isə qərarın çox sərt olduğunu bildirib və yeni ofis tapmaq üçün ən az bir həftə vaxt verilməsini istəyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR