Məşhurlar futbola baxarkən – Fotolar
Bizi izləyin

Bilgi.az

Məşhurlar futbola baxarkən – Fotolar

Braziliyada futbol günləri davam etdikcə həyəcan artır. Publika.az tanınmış insanların televizor arxasında əyləşərək futbol matçını izləməsini əks etdirən fotoları təqdim edir.

Hollivud aktyoru Tom Henks və ailəsi Belçika-ABŞ matçı zamanı ölkəsini dəstəkləyib. ABŞ və Belçika oyunu zamanı dünyaşöhrətli model Lili Oldric də ölkəsini dəstəkləyib. Amerika prezidenti Barak Obama da futbol oyunlarını izləməkdən geri qalmır. O, iyunun 26-ı keçirilən ABŞ-Almaniya matçını izləyib.

Super modellərdən Kendis Sveynpol, Adriana Lima və Jizel Bündhen “Instagram” səhifəsində azarkeşlik etdiyi ölkə haqqında maraqlı şərhlər yazıblar. Naomi Kempell isə dünya kuboku ilə fotosunu paylaşıb. Böyük Britaniya şahzadəsi Harri də futbola dəstək naminə futbol oynadığı fotosunu sosial şəbəkədə paylaşıb.

Rihanna isə Braziliyanın bayrağına rənglənmiş səndəllərlə fotosunu paylaşıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm