Dünyanın ən kriminal şəhəri- FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən kriminal şəhəri- FOTOLAR

Hondurasda yerlən San Pedro Sula şəhərini qətiyyətlə dünyanın ən təhlükəli şəhəri adlandırmaq olar. Təsadüfi deyil ki, San Pedro Sula dünyanın ən təhlükəli şəhərləri siyahısında artıq üçüncü ildir liderlik edir.

Təsəvvür edin, burada əhalinin hər 100 min nəfərinə illik 169 qətl hadisəsi düşür. Bu çox dəhşətli statistikadır. Şəhərdə çoxsaylı kriminal qruplaşmaların bir-biri ilə hesab çürütməsinə, atışmasına, güllə səslərinə artıq sakinlər də alışıb. Bu ölkənin qanunları mülki vətəndaşlara silah gəzdirməyə icazə verir. Ancaq qanuni yolla silah alan azdır. Əhalidə olan odlu silahların 70 faizi qanunsuzdur.

Elə San Pedro Suludacinayətlərin 87 faizi odlu silahla törədilir. Halbuki, ABŞ-ın ən kriminal şəhərlərində analoji cinayətlərin cəmi 60 faizi odlu silahla bağlıdır.

Bu şəhərin kriminal həyatı Qərb mətbuatının da marağını çəkir. “Associated Press” agentliyinin fotomüxbirləri bir müddət XoexeKabrera və EstabanFeliks San Pedro Sulada qalaraq maraqlı fotoreportaj hazırlayıblar.

Publika az. dünyanın ən kriminal şəhərinin mənzərələrini əks etdirən həmin fotoları təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm