Çilili forvard Braziliya ilə oyunu bədənində döymə etdi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Çilili forvard Braziliya ilə oyunu bədənində döymə etdi – FOTOLAR

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının əksər oyunları çox maraqlı və gərgin mübarizə şəraitində keçir.

8/1 finalın ilk görüşündə Çili və Braziliya yığmalarının oyunu xüsusilə yadda qaldı. Çilili oyunçulardan beşqat dünya çempionlarına qarşı belə əzmkar oyunu heç kim gözləmirdi. Çilinin hücumçusu Maruisio Pinilyanın 119-cu dəqiqədə vurduğu zərbədən sonra top qapı tirinə yox, içəri girsəydi, braziliyalılar çempionatla erkən vidalaşacaqdılar.

Çilili forvard bu məqamı unuda bilmir. Odur ki, vətənə qayıdan kimi həmin məqamı belinə döymə kimi vurdurub. Döymənin üstündə bu sözlər yazılıb: “Uğurun bir santimetrliyində”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm