Aktrisa proqramçıları məhkəməyə verdi
Bizi izləyin

Bilgi.az

Aktrisa proqramçıları məhkəməyə verdi

Hollivud aktrisası Lindsi Lohan yenə qalmaqalla gündəmə gəlib. Aktrisa “GTA V” kompüter oyunun yaradıcılarını məhkəməyə verib. Qız proqramçıları onun obrazından istifadə etməkdə günahlandırır.

Oyunun baş qəhrəmanı iyirmi səkkiz yaşlı Lohana oxşayır. Belə ki, oyundakı qızın kürən saçları, düz burnu, həcmli dodaqları eyni ilə Lohanı xatırladır. Bu azmış kimi, oyun qəhrəmanı Lohanın geyimindən də istifadə edib.

Xarici mətbuat isə artıq Lohanın kompüter oyununda istifadə edilmiş fotosunu tapıb. Foto və oyun üçün hazırlanmış qız eynilə Lohan kimi qırmızı çimərlik geyimində barmaqlarını “Victory” (qələbə) mənasını verən “V” formasında tutub.

Nura

По мнению Линдси Лохан, героиня игры - ее чистая копия

Лейси Джонас также одета в похожий купальник и показывает тот же знак

По сюжету игроки должны спасти девушку от назойливых папарацци и увезти в отель, которому реальная селебрити должна почти полсотни тысяч долларов

Oxumağa davam et
Reklam
Reklam

Gündəm