Dünyanın ən yaşlı siam əkizləri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən yaşlı siam əkizləri – FOTOLAR

Adətən, siam əkizləri çox yaşamır. Bu da başadüşüləndir. Yarımçıq orqanizmlə çox yaşamaq mümkün deyil.

Hər hansı bir bədən üzvü istənilən zaman öz fəaliyyətini dayandıra bilər. Bu isə, ölümlə nəticələnir.

Odur ki, Ronni və Donni Qelionları istisna hesab etmək olar. Onlar 63-cü doğum günlərini bayram etməyə hazırlaşırlar. Altmış üç yaşları tamam olan kimi onlar dünyanın ən yaşlı siam əkizləri adına sahib çıxacaqlar.

Qardaşların fizioloji anatomiyası da maraqlıdır - hərəsinin öz əli-ayağı, ürəyi və mədəsi var. Lakin bağırsaqları və cinsiyyət üzvləri ümumidir.

Ümumi orqanlara nəzarəti isə Donni Qeliondadır.

Publika.az ən yaşlı əkiz qardaşların fotolarını təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm