Sanka Zverin dostu Yuri Qorbati – Krasavçik Ağakərimin xatirələri
Bizi izləyin

Bilgi.az

Sanka Zverin dostu Yuri Qorbati – Krasavçik Ağakərimin xatirələri

Krasavçik Ağakərimin məhbəs xatirələri

Sanka Zverin dostu Yura Qorbatı

San­ka Zve­ri xa­tır­la­yan­da ba­şım­da­kı tük­lər pa­pa­ğı­mı yu­xa­rı qal­dı­rır. O, bi­zim “ka­lo­na” gələn­də gözlərimə inan­mır­dım ki, be­lə “iz­vest­nı vor za­kon"u gö­rü­rəm, mə­nə nə isə de­yir, onun sə­si­ni eşi­di­rəm.

Çox ba­ca­rıq­lı na­tiq idi və həd­dən ar­tıq zən­gin, pafoslu dik­si­ya­sı var­dı Ca­bi­rin. Ki­mi nə­yəsə inandırmağa ça­lı­şar­dı­sa, elə iba­rə­lər ta­par, elə söz­lər iş­lə­dər­di ki, söh­bət qur­ta­ran­dan son­ra da fikirləşərdin... ha­ra­da oxu­yub, ha­ra­da öy­rə­nib bun­la­rı.

Tər-tə­miz rus di­lin­də da­nı­şar­dı.

Sir­kin res­to­ra­nın­da iş­lə­yir­dim. San­ka Zver də bu­ra­da ka­fe-res­to­ra­na nə­za­rət edir­di... Bir gün gör­düm ki, San­ka Zver ən yax­şı kos­tyu­mu­nu ge­yi­nib və cins şal­var­da, his­li-pas­lı “kurt­ka”­da olan rus ki­şi ilə söh­bət edir, ye­yib-içir­lər. Ya­xın­laş­dım. Ca­bir is­rar­la on­lar­la otur­ma­ğı­mı xa­hiş et­di. Bi­lir­dim ki, yüz­cə qram vur­du­sa, bircə kəl­mə de­yir­di. Oturdum...

Mən də rus di­lin­də pər­gar da­nı­şı­ram, am­ma on­la­rın söh­bə­ti­nə mü­da­xi­lə et­mə­dim.

Nə isə, in­cə­sə­nət­dən, ədə­biy­yat­dan, klas­si­ka­dan, şə­kil­lər­dən, an­tik­va­ri­at­dan söh­bət ge­dir­di. Da­ha doğ­ru­su, Ca­bir da­nı­şır­dı, rus ki­şi ağ­zı­nı aça­raq, hey­ran-hey­ran qu­laq asır­dı...

Ca­bir Le­nin­qrad­da­kı Er­mi­taj­dan söhbətə başlayanda rus ki­şi­nin üzün­də əv­vəlcə ki­na­yə­li tə­bəs­süm sezi­lir­di. La­kin son­ra “rusak” elə söh­bət ara­sın­da Ca­bi­rin əli­ni sıx­dı...

- Ağakərim, bu “zakonnik”i tanıyırsan? Leninqradın, ümumiyyətlə, “soyuz”un “sentrovoy”larındandır. Qorbatı Yura.

"Kra­sav­çik" Ağa­kə­rim San­ka-Zver­i xatırlayanda gah uşaq tə­bəs­sü­mü ilə gü­lüm­sə­yir, gah da "Al­lah ona min rəh­mət elə­sin" de­yə­rək bu cür in­tel­lekt sa­hi­bi­nin vaxt­sız, və­də­siz dün­ya­dan get­di­yi­nə heyifsilə­nə­rək "ah"lar­la da­nı­şırdı.

Sonralar hər dəfə Leninqrada yolum düşəndə mütləq Qorbatını axtarıar, tapanda söhbətlərinə qulaq asmaqdan doymazdım.

YURA QORBATI

O da oğurluğa Cabir kimi yeniyetməliyindən başlayıb. 1993-cü ildə 62 yaşında qazamat xəstəxanasında dünyasını dəyişıb. İttifaq dağılanadək Leninqradda ən hörmətli qanuni oğru kimi ad çıxarıb.

1992-ci ildə qazamat xəstəxanasında ölüm ayağında yatan Qorbatı müntəzəm olaraq onun görüşünə gələn Aslan Usoyana həmişə düşündüyü, lakin yaza bilmədiyi memuarını danışıb:

- Mən ziyalı ailəsində doğulmuşam. Üçüncü sinifdən başlayaraq mənim ev müəllimlərim olub, ingilis və alman dillərini öyrədirdilər. Valideynlərim mənim savadlı insan kimi böyüməyimə xəsislik etmirdilər. Leninqradın ən tanınmış fırça ustası mənə tuşla şəkillər çəkməyi öyrədirdi. Həmişə ondan bacarıqlı, işgüzar, istedadlı olduğum barədə təriflər eşidərdim.

37-ci ildə zavodda baş mexanik vəzifəsində çalışan atam Stalin-Ejov repressiya qatarının təkərləri altına düşdü, onu gözümün qabağındaca həbs etdilər. Az sonra atamın güllələndiyi xəbərini aldıq. “Xalq düşməni”nin ailəsi üçün represiya illərində yaşamaq olduqca çətin idi. Bizdə də çətinliklər yaranmağa başladı. Bəzən mən iki-üç gün adicə yavan çörəyə həsrət qalırdım.

Anam çox, həddindən ziyadə gözəl qadın olduğundan ikinci dəfə - İoann Yaroslavskinin oğluna ərə getdi. Anamın atası Admiralteystvada birinci komissar vəzifəsində çalışıb. Atamın ölümü, anamın başqa birinə ərə getməsi mənə psixioloji təsir etmişdi desəm, yanılmaram.

Bir tərəfdən də müharibə başlayır, Leninqrad mühasirəyə düşür, insanlar acından bir-birlərinin ətini yeyirdilər. Öz gözümlə gördüyümü danışıram – bizdən bir mərtəbə yuxarıda yaşayan, əvvəllər mənə heykəltaraşlıq və memarlıqdan nəzəriyyə öyrədən professor-pedoqoq binamızın zirzəmisində tələ quraraq sıçovulları tutur, oradaca başlarını üzüb, dərilərini soyurdu. İri, balaca pişik böyüklüyündə sıçovullar bir qədər aralıdakı məzarlıqdan gəlirdilər bizim zirzəmiyə. İnsan meyitlərini doyunca yedikdən sonra istirahət etməyə...

Aclıq illərində mən oğurluq etməmişəm. 1947-ci ildə biz – bütün sinif şagirdləri bahalı xəz yaxalıq oğurladıq, puluna süd alıb içdik. Hamımızı tutmuşdular, amma nədənsə yalnız məni Strelnyadakı uşaq koloniyasına göndərdilər, “xalq düşməni”nin oğlu kimi. Uşaq koloniyası mənim ürəyımcə idi, çünki burada siyasətdən, kimin tutulub güllələnməyindən danışmırdılar. Nepin pessiyaları, adamların qorxa-qorxa danışmaları zəhləmi tökmüşdü. Koloniyada tam başqa mövzuda söhbətlər gedirdi. Maraqla qulaq asırdım məndən böyük, həqiqətən oğurluqla, cibgirliklə, “kukla qoymaqla” gündəliklərini qazanan uşaqların danışıqlarına. Strelnıdan sonra mən yenidən barmaqlıqlar arxasına düşdüm, özü də böyüklər arasına. Halbuki, hələ on dörd yaşım vardı, azyaşlı sayılırdım. Mentlər məni yaxalayanda cibimdən “Valter” tapançası çıxdı. Silahın maqazini, çaxmağı və güllələri olmasa da, belə qərar çıxardılar ki, əgər onu təmir etsən, yaxşı-yaxşı silib təmizləsən, atəş açmaq mümkündür. Mentovkada məni şərlədilər: filan gün, filan vaxt bu tapançadan açılan atəşlə filankəs yaralanıb... İstintaq zamanı dəhşətli işgəncələrə məruz qalsam da, oyuncaq əvəzi gəzdirdiyim tapançadan atəş açmadığımı bildirirdim. Buna baxmayaraq, belimə iyirmi il yükləyib məni Şimali Urala, bütün məhbusların zolaqlı zek paltarları geyindiyi “SevUralLaq”a yatab göndərdilər. Güllələnmiş “xalq düşməni”nin oğlu olduğumdan məni xüsusi düşərgəyə yolladılar. Burada salamat qalmaq üçün sözün əsl mənasında vuruşmaq tələb olunurdu. Bir vaxtlar məni tanıyanlar adımın qarşısına “istedadlı”, “bilikli” sözləri əlavə edirdilərsə, buradakı residivistlər, qəssablar, “domuşnik”lər, “şipaç”lar məni “tiqryonok” – (pələng balası) adlandırdılar. Yaşımın az, bədənimin arıq olmasına baxmayaraq, elə “polasatıy zon”a qədəm qoyan kimi “şmon” aparan starşinanın boğazını cırmaqlarımla, sifətini dişlərimlə qana boyadım. O, boynumdan sapla asdığım, içərisində atamla anamın fotosu olan medalyonumu əlimdən almağa girişmışdi. O vaxtlar az-çox məhbəs qanunları işləyirdi, “dedovşina”dan müdafiə, zəiflərin qayğısı prinsipləri qorunurdu. Məhbəs qanunlarını qoruyanlar əqidə sahibləri, qanuni oğrular idi. Tezliklə mənə kimin kim olduğu aydınlaşdı. Starşınaya bədən xəsarətləri yetirdiyimə görə məni “vertuxay”lar və “speslager”in kiçik çinli zabitləri “pressxata”ya salıb sındırmaq istəyirdilər. Lakin zonada hətta “xozyain” və “kum”un da çəkindikləri Frol Kolımski mənə qəmxar çıxmaqla həyatımı xilas etdi. Dörd ay sonra məni Port Vanindəki “peresılka”ya (paylama məntəqəsinə) göndərdilər. Etap gedərkən və iki həftəlik “peresılka” türməsində yenə oğrularla birlikdə oturub-dururdum. Frol məni əqidədaşlarına tapşırmışdı. Məntəqədə iyirmi beş - otuz min zek vardı və hər gün gəmilərlə müxtəlif yerlərə etaplar olunurdu. Məni o vaxtlar ən gedər-gəlməz sayılan Kolımaya göndərdilər. Yolda ikitərəfli sətəlcəmlə xəstələnmişdim. Bəxtim yenə gətirdi – gəminin zirzəmisindəki zeklər arasında Maksim Qorkinin ölümündə təqsirləndirilən, İttifaqda tanınan alim həkimlər də vardı. Tökülüşüb quru çayla, tütünlə hazırladıqları məlhəmlərlə müalicə elədilər. Düşdüyüm düşərgədə məhbuslar qızıl yuyurdular. Burada Sovet İttifaqı Qəhrəmanlarından tutmuş SSRİ xalq artistlərinədək çinli, titullu zeklər beşillik planın vaxtından əvvəl yerinə yetirilməsi üçün tər tökürdülər...

... Mən adam öldürməyin əleyhinəyəm. Lakin hərdən belə vəziyyət yaranır ki, öz həyatını müdafiə etməlisən. Bütün ömrüm boyu kimsəni alçaltmamışam. Axı onsuz da bizim ölkədə əksəriyyət alçaldılmışlar, təhqir edilmişlər zümrəsinin donunu geyənlərdir. Məhbəs yerlərində belə münasibət dustaq üçün ikiqat zərbədir. Burada yalnız “blatnoy”lara toxunmurdular. Mujikdən aşağıda dayanan mastların həyatı isə cəhənnəm əzabı idi. “Blatnoy”ların əqidəsini seçdim.

Səkkiz ay Maqadan­da qal­dıq­dan son­ra bü­tün ət­raf dü­şər­gə­lə­r­də­ki “za­kon­nik­”lə­ri bir ye­rə top­la­ma­ğa baş­la­dı­lar. De­yi­lə­nə gö­rə, tez­lik­lə on­la­rı Çu­kot­ka­ya, ya da Uralda tikintisinə başlanılmış xüsusi tipli “sanatoriya”lara ya­tab et­mə­li idi­lər. Hər gün baş ve­rən mü­na­qi­şə, da­va lap zəh­lə­mi apar­mış­dı. "Pol­şa­lı vorza­kon­lar" öz­lə­ri­ni ye­ni­dən oğ­ru­lar sı­ra­sı­na qat­ma­ğa ça­lı­şır və av­to­ri­tet­lər­dən 1947-ci il "Mosk­va sxod­ka­sı"nın qa­nun­la­rı­nı də­yiş­dir­mək vax­tı­nın çat­dı­ğı­nı de­yə­rək ye­ni top­la­nış, yeni qərar tələb edir­di­lər.

"Qa­nun­dan kə­nar" elan edil­miş pol­yak­lar "köh­nə vor­lar"dan qi­sas al­ma­ğa gi­riş­miş­di­lər. Bəzən bu alçal­dıl­ma həd­di­nə çat­dı­rı­lır­dı. On­lar “köh­nə vor­la­rı” oğur­la­yır, ancaq öl­dür­mür­dü­lər. Zor­la "pe­tux" edir, ya­xud əl­lə­rin­də tut­duq­la­rı ülgücü öp­dür­mək­lə onu "vor" çi­nin­dən sa­lır­dı­lar. Bu pro­se­du­ra­nı keçmiş "vor"un ge­ri­yə yo­lu bağ­la­nır­dı. O vaxt be­lə oğ­ru­lar "ay­rıl­mış­lar" ad­la­nır­dı. Üçün­cü bir qrup, "ay­rıl­mış­lar" qru­pu ya­ran­mış­dı ki, bun­lar da hər iki tə­rəf­lə qan­lı düş­mən kə­sil­miş­di­lər. Elə hö­ku­mə­tə də bu la­zım idi. Bi­ri-bi­ri­nin ar­dınca Çu­kot­ka­ya on min­lər­lə dus­taq dol­du­rul­muş gə­mi­lər hə­rə­kə­tə baş­la­dı.

Yay­da bü­tün “pe­re­sıl­ka­”lar tez-tez do­lub-bo­şa­lır­dı, hər on gün­dən bir barj­lar, gə­mi­lər dol­du­ru­lur, Le­na ça­yı ilə şi­ma­la doğ­ru da­şı­nır­dı.

Biz Çu­kot­ka­ya ça­tan­da ya­yın ən is­ti vax­tı say­dı­ğı­mız av­qus­tun son­la­rı idi. Kü­lək vı­yıl­tı ilə ula­yır, qar ada­mın ayaq­la­rı al­tın­da ca­na­var diş­lə­ri ki­mi xır­çıl­da­yır­dı.

Gəl­di­yi­mi­zin elə bi­rinci həf­tə­sin­də üç sa­at “vor­lar­la” pol­yak­lar ara­sın­da mü­ha­ri­bə get­di. Hay­qır­tı, qışqır­tı, inil­ti səs­lə­rin­dən kü­lə­yin vı­yıl­tı­sı da eşi­dil­məz ol­muş­du.

Çox dəh­şət­li sa­at­lar idi. Vu­ra­nın kim, vu­ru­la­nın kim ol­du­ğu məlum de­yil­di. Dü­şər­gə­nin sa­hə­sin­də­ki ağ qar axan qandan qıp-qır­mı­zı ol­muş­du. İn­san­lar yer­də kər­tən­kə­lə ki­mi sü­rü­nür, ya­ra­lı ayı tək ağna­yır, im­dad di­lə­yir­di­lər. Hər tə­rəf­də in­san bə­də­nin­dən iba­rət bir hor­ra qa­laq­lan­mış­dı. Qış­qı­ra­raq əl­lə­rin­də­ki bı­çaq, də­mir par­ça­la­rı­nı yel­lə­yən, qa­çı­şan qu­dur­muş adam­lar bir­dən-bi­rə qop­muş tu­fa­nı xa­tır­la­dır­dı.

Ba­ra­ka gir­dim, uzaq günc­də ad­ya­lın ara­sı­na so­xul­dum. Qu­laq­la­rı­mı bar­maq­la­rım­la tı­xa­mış­dım ki, heç nə eşit­mə­yim.

İki gün son­ra eşit­dim ki, Çu­kot­ka dü­şər­gə­lə­rin­də hə­min gün on beş min­dən çox məhbus ölüb.

Bu­ra­da hə­rə­kət it­lər qo­şul­muş kir­şə­lər­lə idi. Qa­rı­şıq­lıq­dan is­ti­fa­də edə­rək, kir­şə­lə­rə do­lu­şub Al­yas­ka­ya qa­çan­lar da ol­du. “Qır­mı­zı­po­qon­lu­lar” ti­kan­lı məf­til­lə­rin ar­xa­sın­da da­ya­na­raq bir gün müd­də­tin­də düşər­gə­nin içə­ri­si­nə gir­mə­di­lər. Bir həf­tə son­ra bi­zi gə­mi­lə­rə dol­du­rub yenidən Ma­qa­da­na gə­tir­di­lər. Gör nə qə­dər üs­tün­dən vaxt ötü­şüb, am­ma Çu­kot­ka ax­şa­mı­nı xa­tır­la­yan­da da­mar­la­rım­da qa­nım donur.

Si­bir­də hə­yat an­caq ye­mək­lə da­vam edir. Əgər ye­mək həd­dən ar­tıq az­dır­sa, on­da hət­ta tər­pən­mək üçün də in­sa­nın gü­cü qal­ma­yan­da hər şey ira­də­dən ası­lı olur.

- Ac­lıq­dır, ta­mam əl­dən düş­mü­sən, is­tə­yir­sən ki, əl-aya­ğı­nı uza­dıb hər şe­yi öz axı­nı­na bu­ra­xa­san. Çoxla­rı “pro­qul­ka­”dan im­ti­na edir­lər. Sə­nin için­dən bir səs qış­qı­rır:"Ol­maz, get!". Yor­ğun­luq­dan ayaqla­rın gi­zil­də­yir, əyi­lir. Gəz, gə­zin ba­rak­da. Sa­at­lar­la gə­zin. Uzan­maq is­tə­yir­sən... Yox! Otur! Baxma ki, ət­lə­ri tök­müş yan­la­rı­nın sü­mük­lə­ri in­ci­dir, baxma ki, arıqlıqdan “quyruq” əmələ gəlib yanbızında, ağ­rı­yır. Otur, yat­san ölə­cək­sən! Ye­mək haq­qın­da fi­kir­ləş­mək is­tə­yir­sən. Ol­maz! Də­mir ira­dəlı ol, çörək haq­qın­da dü­şün­mə­yi kə­na­ra at. Tü­tün çə­kən­sən? Bat­dın, "Ti­ta­nik" ba­tan ki­mi. Bə­də­ni əl­dən dü­şən­lə­rin tü­tün pi­lə­mə­yi tər­git­di­yi­ni gör­mə­mi­şəm. Əv­vəl­dən at­maq, tər­git­mək la­zım­ idi, nə qə­dər ki, bə­də­nin­də­ki sü­mük­lər­də ət vardı. Bir də­ri, bir sü­mük qa­lan­da, an­caq nə­fə­sin da­ya­nan­dan son­ra tü­tü­nü ata bi­lər­sən.

Çox­la­rı ölüm­dən əv­vəl xəs­tə­li­yə tu­tu­lar­dılar – “po­nos”... Dər­man ve­ril­mir­di. Ba­tan adam sa­man çö­pü­nə əl at­dı­ğı ki­mi, “zek”lər də “po­no­s”a tu­tu­lan­da çö­rək pay­la­rı­nı na­zik-na­zik doğ­ra­yar, su­xa­ri ki­mi quru­dub ye­yər­di­lər.

Əgər pel­le­gi­rik “pa­no­s”a tu­tul­muş­dun­sa, de­mə­li, hə­yat­dan əli­ni üz­mə­liy­din. Bu vaxt mədə və bağırsaq­la­rın di­var­la­rı sü­rüş­kən qi­şa ilə ör­tü­lür, ye­di­yin se­lik­lə bir­lik­də bir sa­at son­ra if­raz olu­nur­du.

Pel­le­gi­rik “po­no­s”a uğ­ra­yan­da iki-üç gü­nün için­də şam ki­mi əri­yib, arıq­la­yır­dı­lar - on­lar yad­daş­la­rı­nı iti­rir, bəzi­lə­ri də­li olur­du­lar. Bir, ya­xud uza­ğı iki gün son­ra "po­nos­çik"lər cən­nət qa­pı­la­rın­da növ­bə­yə dur­ma­ğa uçur­du­lar. Mən Leninqrad blokadasında günlərlə ac qalmağı öyrənmişdim... Dözürdüm.

Bi­zim­lə bir­lik­də İvan Lvov - "Lyova” ayamalı məh­bus var­dı. Dostoyevskini, Bunini, Drayzeri, Tolstoyu, Gertseni oxumuşdu. Vanka mənə mütaliə etməyi, incəsənəti, əntiq əşyaları sevməyi öyrətdi. Düz iyir­mi il idi zon­dan-zo­na gə­zir­di. Kam­çat­ka­dan qa­yı­dan­da dost­laş­mış­dıq.

- Srok tı po­lu­çiş vse rav­no, - deyirdi. - No es­li bu­deş sop­ro­tiv­lyatsya, to zdes v tyur­me po­te­ryaeş zdorovye. A es­li soz­nayoşsya i pod­pi­şeş pro­to­ko­lı, poe­deş v la­qer - uvi­deş svet, çis­tıy voz­dux. ( Hər şeyə baxmayaraq “srok” alacaqsan. Əgər müqavimət göstərsən, mübarizə aparsan, qapalı türmədə sağlamlığını itirəcəksən. Əgər sənə quraşdırılan protokolara avtoqraf qoysan, zonaya gedəcək, təmiz hava, işıq görəcəksən).

Mən sağ­lam­lı­ğı­mı bi­rin­ci iki ay­da itir­dim.

Lyova­ya qu­laq as­dıqca, onun ke­çir­di­yi iş­gən­cə­lə­ri göz­lə­rim önün­də təs­vir et­dikcə, bu arıq, hə­yat­se­vər, safqəlb­li in­sa­na tə­səl­li ver­mə­yə söz tap­mır­dım.

- Ba­şı­ma han­sı mü­si­bət­lə­ri gə­ti­rib­lər, da­nış­sam, yəqin ki, ağ­la­yar­san, - gü­lüm­sə­yə­rək söh­bət edir­di...

Məhbəs məhkəməsi sovetlərdə “volya”dakı xalq məhkəmələrindən dəfələrlə düzgün qərarlar çıxarmasıyla fərqlənirdi. Biz, demək olar ki, hər gün iclaslarda kiminsə qəbahət işinin araşdırılmasıyla məşğul olurduq. “Sxodka”larda mən düzgünlüyün, oğru qanunlarının əlifbasını öyrəndim.

Sonralar, mən yaşa dolanda hamim Tolya Çerkas oldu. O da “zakonnik” idi, amma Lyova ilə müqayisədə çox mizer, bəsit, yalnız tapdanmış yolla gedən axsaq adam təsiri bağışlayırdı. O, insanları alçaldır, bəzən hətta əl də qaldırırdı. Bu olaylar mənə xoş gəlmədiyindən Çerkasdan ayrıldım.

Tolyada in­sa­niy­yət­dən əsər-əla­mət yox idi. Bir yer­də ki dost­luq-yol­daş­lıq his­si öl­dü, hər şey əhəmiyyətini itirir, bi­ga­nə­lə­şir­di.

Be­lə lagerlər­də “lesopoval”da, filiz mədənlərində iş­lə­mək “zek” üçün müt­ləq ölüm de­mək idi. İşləməmək də ol­maz­dı. Kar­ser­lə­rə, BUR-la­ra dol­du­rub don­du­rur, ya­xud acın­dan öl­dü­rür­dü­lər.

Əlac ye­nə pu­la qa­lır­dı. Pul! Pi­şi­yi as­la­na, eş­şə­yi ərəb atı­na dön­də­rən - pul! Yax­şı iş­lə­yən­lə­rə yax­şı da pul ve­rir­di­lər. Hö­ku­mət və ya düz­gün ifa­də et­sək, "köh­nə qreş­nit­sa"lar ver­dik­lə­ri pu­lu ye­ni­dən ge­ri alma­ğın yol­la­rı­nı bi­lir­di­lər. Pul ve­ri­lən gün­lər "pols­kiy ma­qa­zin"də is­tə­di­yin şe­yi ta­pır­dın. Araq­dan tutmuş nəşə­yə qə­dər. Yax­şı pul al­mış ca­van “zek”­lər içib be­yin­lə­ri­ni du­man­lan­dı­rır, baş­qa məş­ğu­liy­yət ol­ma­dı­ğı üçün qu­ma­ra baş­la­yır­dı­lar. Şah­mat, do­mi­no, hət­ta "du­rak" da pul­la oy­na­nı­lır­dı.

Bəhram Çələbi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm