Sevdiyinə görə özünü ütüyə oxşatdı – Fotolar
Bizi izləyin

Bilgi.az

Sevdiyinə görə özünü ütüyə oxşatdı – Fotolar

Əlli iki yaşlı tayvanlı özündən 31 yaş cavan qızın sevgisini qazanmaq üçün qeyri-adi saç düzümü edib.

Tayvan Milli Universitetinin professoru Vu Ley 23 yaşlı Linq Linə sevgisini bildirib, lakin gənc qız müəllimin təklifini qəbul etməyib. Bundan sonra Vu Ley qızın diqqətini cəlb eləmək üçün bərbərə üz tutaraq ütüyəbənzər saç düzümü etdirməyi xahiş edir.

Əlbəttə, onun səyləri diqqətsiz qalmayıb. Yoldan keçən hər bir kəs Vu Leyin qeyri-adi saç düzümünə gülməyə başlayıb. Sevdiyi qız isə onun başındakı “ütüyə” görə ondan bir az da uzaq gəzməyə başlayıb.

İndi isə Vu Ley saç düzümünü saxlamaq üçün hər gün iki saat güzgü qarşısında dayanıb iki qab geldən istifadə edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm