Bilgi.az
İmperator, məşuqə, rəssam yatağı... (FOTO, SİYAHI)
Dahi rəssamlar daim məişət mövzularını incəsənətə daşıyaraq,
onları sənət əsərlərinə çevirməyi bacarıblar.
ANS PRESS-in məlumatına görə, "24/7 Azerbaijan" portalının bu
toplusunda incəsənət dünyasında ən yaxşı 10 çarpayı səhnəsi yer
alıb.
Pyerro Della Françeska, "Konstantinin yuxusu" (1452-66)
Həlledici döyüşdən əvvəl imperator Kristian Konstantin
peyğəmbərcəsinə yatıb. Onun yatağı rahat və zərif görünür.
Konusvari formada düşən işıq əsgərlərin üzlərini tutsa da,
imperatorun yanında oturub bizə baxanın üzünü aydınlatmağa kifayət
edir.
Vittore Karpaçço, "Ursulanın yuxusu" (1497-98)
Bu, intibah dövrünün yataq otağının möhtəşəm parodiyasıdır.
Ursulanın otağında güllər, kitablar və qırmızı çarpayı var. O,
yuxusunda sevgi deyil, Allahı görməyi arzulayır.
Remrandt, "Fransız yatağı" (1646 )
Erotik gözəl və iddiasız sənət əsərində Remrandt təkcə nimfləri və
satirləri deyil, o həm də bir holland cütlüyünün bir-birinə olan
sevgisini və yataqda necə sevişməyini göstərir.
Ejen Delakrua, "Sardanapalın ölümü" (1827)
Ejen Delakrua Bayron Corc Qardonun "Sardanapal" dramından götürüb.
Əsərdə o, Sardanapalın özünə qəsd etdiyi tax-tac yerinə dəbdəbəli
loja təsvir edib.
Edvard Manet, "Olimpia" (1863)
Manetin məşuqəsinin uzandığı yataq ağ kətan üzərində olan mürəkkəb
çələnglərin əhatəsindədir. Onun canlandırdığı Olimpia ənənəvi
"nude" rəsmlərindən daha sərt və daha realdır. Belə ki, onun yatağı
Titian və Velazkezin öz gözəlliklərini sərgilədiyi dəbdəli
yataqların parodiyasıdır.
Obri Berdsli, "Yataqda avtoportret" (1900)
Üzərində fransızca "Allah tərəfindən" yazılmış əsərində Obri "bütün
canavarlar Afrikada deyil" deyərək erotika, seksuallıq və
huşsuzluqla, yataqda olmaqla incəsənəti müəyyənləşdirir.
Edvard Munk, "Xəstə uşaq" (1907)
Munkun bu dəhşətli və ürəksıxan əsərində uşaq ölümə çox yaxındır.
O, öz xəstə yatağına bağlıdır. Bu rəsm biz yatağın həm də əbədi
istirahət yeri olduğunu göstərir.
Robert Rauşenberq, "Çarpayı" ( 1955)
Robert Rauşenberq öz yatağını sərgiləyən ilk incəsənət adamı kimi
tarixə düşüb. Bu olduqca şəxsi işdir: Si Tvombli və Casper Consla
olan seksual münasibətinin yadigarıdır.
Vincent Van Qoq, "Yataq otağı" (1988)
Van Qoqun yataq otağının güclü rəngləri və yayma şəkilləri Arseldə
yaratdığı incəsənət cəmiyyəti adlandırmaq olar. Bu zahid, yanlız
bir xəyalpərəstin yatağıdır. Boş yataq Van Qoqun əziyyət çəkən
ruhunun göstəricisidir.
Treysi Emin, "Mənim çarpayım" (1998)
Eminin əsəri "Christie's" hərracında 2,5 milyon funt-sterlinqə
satılıb. Bir yataqdan daha çox intim nə ola bilər? Bəli, bu, həm də
Van Qoq və Audrey Beardsleyin yataqlarını xatırladır, sevgi, ölüm
və yuxudan danışır.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...