• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Tibetlilərin yüksəkliklərdə yaşamasının sirri

  • Maraqlı
  • 6 İyul 2014 01:51
  • 508 Baxış
Tibetlilərin yüksəkliklərdə yaşamasının sirri

Tibetliler nəsli tükənmiş bir insan növündən onlara keçən genlər sayəsində yüksəkliklərdə yaşaya bilir.

Axar.az xəbər verir ki, mütəxəssislər qandakı oksigen balansına nəzarət edən bu sirli genin soyu tükənmiş bir insan növü olan Denisovanlardan tibetlilərə keçdiyini bildirib.

Denisovanların da eynilə müasirləri olan neandertallar kimi insanlar tərəfindən məhv edildiyi ehtimal edilir.
Cənubi Sibir bölgəsinə aid Altay dağlarındakı Denisova mağarasında tapılan barmaq sümüyü və iki azı diş sayəsində məlum olan bu növün 80 min il əvvəl yaşamış olduğu hesab edilir.

Genetik silsilə analizi Denisovanların insanlarla cütləşdiyini və müasir insanın gen bazasına təsir etdiyini açıqlayır.

Qandakı hemoqlobin bazasında böyük rolu olan "EPAS1" adlı genin dəyişik bir növü olan “Denisovan” qanda oksigenin azalması halında hemoqlobin istehsalını sürətləndirir.

Bu da qanın laxtalanması, uzunmüddətli yüksək təzyiq və körpə ölümlərinə səbəb olur.

Tibetliləri isə bu riskdən qoruyan Denisovan geninin hemoqlobin istehsalını nəzarət altında saxlamasıdır.
Berkeli Universitetinin biologiya sahəsində professoru Rasmus Nilsen bu vəziyyəti "Yüksəkliyə çıxdığımızda nəfəs daralması, ürək bulanması və baş gicəllənməsi kimi çətinliklər yaşayarıq. Müəyyən bir müddət sonra bədənimiz buna reaksiya olaraq ağ qan hüceyrəsinin istehsalını artırmağa başlayır", - deyərək xarakterizə edib.
İnsan orqanizminin ağ qan hüceyrəsi istehsalına vərdiş etmədiyini bildirən Nilsen tibetlilerin genetik strukturlarındakı fərq üzündən yüksəkliklərdə belə problemlərlə qarşılaşmadığını qeyd edib.

Professor bu genin Denisovanlardan gəldiyinə dair açıq və qəti dəlillər olduğunu bildirib.

Araşdırmalara görə, bu gen yalnız Asiyada yaşayan Xan çinlilər və tibetlilerdə mövcuddur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR