“Tvitter” sevgini öldürür?
Bizi izləyin

Bilgi.az

“Tvitter” sevgini öldürür?

Son araşdırmalara görə, həddindən artıq "Tvitter" istifadəsi əlaqələrə mənfi təsir edir. Hətta ayrılıq, boşanma və sədaqətsizliyə də yol açır.

Missuri Universitetinin alimi Russel Kleytonun 581 tvitter istifadəçisi ilə etdiyi araşdırmanın nəticələri "Cyberpsychology, Behavior, and Social Networking" adlı jurnalda nəşr olunub. ANS PRESS-in məlumatına görə, araşdırma əsasən həddindən artıq "Tvitter" istifadəsi və cütlüklərin yaşadığı mübahisələr arasındakı əlaqəni əhatə edir. Araşdırmaya görə, sevimli saytdan çox istifadə etmək, eşq həyatını təhlükəyə ata bilər.

İştirakçılar nə qədər "tvitter"də aktiv olduqlarını və bunun nəticəsində partnyorlarla əlaqələrində nə cür problemlərin ortaya çıxdığını izah ediblər. Sorğunun nəticəsinə görə, "Tvitter" nə qədər çox istifadə edilsə, buna bağlı problemlərin də o qədər artdığı qeydə alınıb. Bu vəziyyətin vəfasızlıq, ayrılıq və boşanmaya belə gətirib çıxara biləcəyi müəyyənləşib.

Kleyton keçən il apardığı araşdırmada da sosial şəbəkə saytı “Facebook” istifadəsinin əlaqələr üzərindəki təsirini araşdırmışdı. Araşdırma daxilində əlaqələrin həddindən artıq istifadədən zərər gördüyü nəticəsinə gəlib çıxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm