Öküzlər şəhərin küçələrinə buraxıldı
Bizi izləyin

Bilgi.az

Öküzlər şəhərin küçələrinə buraxıldı

İspaniyanın Pamplona şəhərində ənənəvi San Fermin Festivalı start götürüb.

ANS TV-nin məlumatına görə, hər il 200 mindən çox yerli sakini və turisti cəlb edən bu festivalı maraqlı edən, təhlükəli öküzlərin şəhərin küçələrinə buraxılmasıdır. Festivalın digər iştirakçıları olan insanlar isə öküzlərə yaxın qaçmaqla öz cəsarətlərini nümayiş etdirirlər.

Turist Nikolas Trotusun sözlərinə görə, bu yarış insana əsl həyəcan verir: “Məhz bu festivalda iştirak etmək üçün gəlmişəm və maksimum adrenalin almaq istiyirəm”.

Qeyd edək ki, San Fermin Festivalı 1590-cı ildən bəri təşkil olunur. İspaniyada korrida və bu kimi müsabiqələrin bir çox bölgədə ləğv olunmasına baxmayaraq, bu tədbir hələ də insanları özünə cəlb edir.

Şəhərdə çoxsaylı turstlərin olmasını da nəzərə alaraq şəhər rəhbərliyi festivalın davam etdiyi müddətdə polis qüvvələrini səfərbər edəcək.

İyulun 14-dək davam edəcək festivalda öküz qaçışları arenalarda matador döyüşləri ilə başa çatacaq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm