• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Tarixi şəxsiyyətlərin dünyanı dəyişən 5 böyük səhvi

  • Maraqlı
  • 7 İyul 2014 00:13
  • 935 Baxış
Tarixi şəxsiyyətlərin dünyanı dəyişən 5 böyük səhvi

Qərb və Şərqi öz hakimiyyəti altında birləşdirən məşhur sərkərdə böyük imperiyanın böyük imperatoru olmağa can atırdı. Ancaq Böyük İsgəndər, Makedoniyalı İsgəndər tarixi sənədlərdə heç vaxt imperator İsgəndər adlandırılmır. Ona görə ki, İsgəndər hətta ölüm yatağında olarkən belə, öz vəliəhdi və ya varisinin kim olacağını bildirmədi. Hətta ətrafındakıların güclü təzyiqi altında yalnız bu sözləri söyləyə bildi:

“Ən güclünü seçin”. Və bununla da həm oğlunu, həm də imperiyanı məhv məhkum etmiş oldu. İsgəndərin ölümündən sonra imperiya parçalandı, iki yüz il boyunca müharibələr davam etdi və nəhayət, Şərq və Qərb mədəniyyətlərini birləşdirməyin ilk və çoxperspektivli imkanı əldən verilmiş oldu.

Böyük Xarəzm imperiyasının imperatoru, xarəzmşah Təkəşin kiçik oğlu Əla əd-Din Məhəmməd böyük bir imperiyanın varisi idi. 1218-ci ildə Çingiz xan Məhəmmədə elçilər göndərərək şərqdəki rəqiblərinə qarşı birgə mübarizə və qarşılıqlı əlverişli ticarət məqsədilə saziş bağlamağı təklif edir. Ancaq Əla əd-Din Məhəmməd elçiləri qətlə yetirir. Düz üç il boyunca Xarəzm torpaqları 300 000 monqol süvarisinin tapdağı altında yerlə yeksan edilir. İki il Məhəmmədin imperiyasının ərazisi düzəngah olaraq qalır, əhalinin əksəriyyəti isə ya əsarət altına alınaraq köləyə çevrilir, ya da qətlə yetirilir. İmperatorunun düşünülməmiş bircə addımı sayəsində inkişaf etmiş islam ölkəsi məhv edilir. Halbuki elçilərlə bir qədər nəzakətli olmaq da mümkün idi...

Məlumdur ki, Kolumb “səhvən” Amerikanı kəşf edib. O, sadəcə, hesablarında bir qədər yanlışlığa yol verib. Əsrlər sonra alimlər yerin kürə şəklində olduğunu öyrəndilər və hətta onun ölçülərini də dəqiq hesabladılar. Kolumb öz dövrünün əsasən müsəlman olan böyük alimlərinin ardınca gedərək daha kiçik Avropa millərində Haşimi milinin dəyişikliyə uğramasını hesablaya bilmir. Nəticədə Yerin diametrinin cəmi 15 000 mil və Şərqin bir neçə həftəlik səyahət məsafəsində olması qənaətinə gəlir. Odur ki, Kolumb Qərbə doğru üzür və təsadüfən Cənubi Amerikanı kəşf edir. Bununla da dünya geridönməz şəkildə dəyişir.

1940-cı ildə Almaniya İkinci Dünya müharibəsində qələbə çalmağa çox yaxın idi. Hitler, demək olar ki, onca günə İngiltərə və Fransanın müttəfiq qoşunlarını La-Manşa sıxışdırdı, Breten uğrunda döyüş uduzuldu. Faşistlər qələbənin asanlığına inanacaq halda deyildilər və Pad-Kaledə dayanaraq ingilislərə və fransızlara Böyük Britaniyaya çəkilmək imkanı verdilər. İngilislər müvəqqəti barışıq və hətta hökumətin qaçması planını müzakirə edirdilər. Sonra tamamilə təsadüfən üç alman bombardmançısı işıqları sönmüş Londonu bombalayır. İki gün sonra 70 Britaniya bombardmançısı Berlinə uçur. Bombardmanın yeganə qurbanı Berlin zooparkındakı bəxtsiz fil olur. Lakin Hitler və Herinq bərk hirslənirək Lüftvaffa Londonu bombalamağı əmr edirlər. Çörçill düşmənə qəti zərbə vurmaq üçün qüvvələrini bir yerə toplayaraq almanlara layiqli cavab verir. Hitler müharibədəki qalibiyyət şansını itirir.

Böyük Vətən Müharibəsindən bir neçə ay əvvəl sovet hərbi kəşfiyyatı Vermaxtın (1941-1945-ci illərdə faşist Almaniyasının silahlı qüvvələri – tərc.) 2 mln.-a qədər əsgərinin Sovet İttifaqının sərhədlərinə toplandığı barədə Stalinə xəbər verir. Məşhur sovet kəşfiyyatçısı Rixard Zorqe hətta Yaponiyadan “Barbarossa” planının detalları haqqında da məlumat ötürür. Ancaq Stalin inadla təkid edirdi ki, bütün bunlar Britaniya kəşfiyyatının hiyləsidir. Stalinə qarşı getmək hər bir halda güllələnmə ilə nəticələndiyindən heç kim onun yanıldığını deməyə cürət etmədi. Stalin komandirlərinə əmr etdi ki, almanları qıcıqlandırmasınlar. Müharibənin ilk iki ayı milyonlarla sovet əsgər və vətəndaşı ölkə rəhbərinin səhvini canları bahasına düzəltməli oldular.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR