• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Eksperimentdə 5 insan: KQB zindanı, öz ətlərini yeyən insanlar - DƏHŞƏTLİ FAKTLAR

  • Maraqlı
  • 7 İyul 2014 09:19
  • 2 822 Baxış
Eksperimentdə 5 insan: KQB zindanı, öz ətlərini yeyən insanlar - DƏHŞƏTLİ FAKTLAR

1940-cı ilin sonlarında rus tədqiqatçıları 5 insanı 15 gün oyadıcı qazla oyaq saxlayırlar.

Təcrübə üçün seçilmiş həmin beş nəfər İkinci Dünya müharibəsində ələ keçirilmiş əsirlər idi. Onlar Oksigen səviyyəsinin nəzarət edildiyi otaqlarda qalırdılar. Kamera sistemləri bağlanılmışdı, yəni onları izləyə bilmək üçün yalnız mikrofonlar və 5 düyümlük kamera pəncərəsinə bənzəyən müşahidə şüşələri vardı.

Otaq kitablarla, döşəksiz çarpayılarla, su ilə, bir ay yetəcək yeməklə də dolu idi.


İlk beş gün hər şey yaxşı gedirdi; dustaqlar otuz gün ərzində yatmadan testə tab gətirə bilsələr, sərbəst buraxılacaqdılar. Gündən-günə onların hər hərəkətlərini və fəaliyyətlərini izlədikləri zaman keçmişlərində baş vermiş travmatik hadisələri danışdıqlarının şahidi olurlar. Dörd gün boyunca bu vəziyyət get-gedə anlaşılmaz bir hal alır.

Beş gündən sonra dustaqlar şikayət etməyə və onları idarə edənlərin harada olduğunu araşdırmağa başladılar. Bir-birləriylə danışmağı kəsdilər, şüşələrə pıçıldamağa başladılar.


Doqquz gündən sonra ilk olaraq bir dustaq qışqırmağa başladı. Üç saat otağın içində qaçaraq qışqırdı. O,

heç bir şey söyləmədən qışqırırdı. Tədqiqatçılar, dustağın səs tellərinin parçalandığını güman etdilər. Daha maraqlı olan şeysə digər dustaqların buna necə reaksiya verdiyi, ya da reaksiya vermədikləri idi. İkinci dustaq da qışqırmağa, digərləri isə mikrofonlara pıçıldamağa başladılar. Onlar kitabları cırdılar, səhifələri bir-bir üzlərinə sürtüb sakitcə müşahidə şüşələrinə yapışdırınca, qışqırıqlar dərhal kəsildi.

Üç gün keçdi. İçəridəki beş dustağın səsi kəsiləndə tədqiqatçılar mikrofonların işləyib-işləmədiyini yoxladılar. Mikrofonlarda problem yox idi. Otaqdakı oksigen səviyyəsi hamısına çatacaq səviyyədə idi. On dörd gündə araşdırıcılar dustaqlardan heç bir məlumat ala bilməyincə otağa girməyə qərar verdilər. Onların ölə biləcəklərindən qorxurdular.

Xəbərdarlıq etdilər: "Mikrofonları yoxlamaq üçün içəri giririk, qapıdan çəkilin və yerə yatın. Əks halda, güllələnəcəksiniz. İtaət edələrdən biri dərhal azadlığa qovuşacaq".

İçəridən sakit bir səslə cavab gəldi: "Artıq azad olmaq istəmirik".

Hərbçilər və tədqiqatçılar arasında buna görə mübahisə baş verdi. Daha çox reaksiya verib qışqırtmamaq üçün on beşinci günün gecə yarısı otağın qapısının açılmasına qərar verildi. Otaq birdən təmiz havayla doldu və oyaq saxlayıcı qaz çölə boşaldıldı. Mikrofonlar bir anda işə başladı. Üç fərqli səs yalvarırdı; çöldə onları gözləyən ailələri, sevdikləri olduğunu bildirirdilər. Əsgərlər dustaqları çıxarmaq üçün otağa göndərildilər. İndiyə qədərki ən yüksək qışqırıq səsi içəriyə girən əsgərlərdən gəldi. Beş dustaqdan dördü hələ yaşayırdı, təbii, buna yaşamaq deyilərdisə.

Yemək ərzaqlarına çox toxunulmamışdı. Dustaqlardan biri ölmüşdü. Ombasına və sinəsinə topa-topa ət doldurulmuşdu. Otağın döşəməsinə sərilmişdi, otaq bir qədər suyla dolmuşdu. Su hesab etdikləri mayenin qan olduğu o an hiss edilmədi. "Xilas edilən" dörd dustağın saqqalları uzanmış, dəriləri sanki paramparça olmuşdu. Dırnaqlarındakı parçalar bu yaraları onların özlərinin etdiklərini göstərirdi. Yaralar və bədəndə oyuqların açılması həm də göstərirdi ki, onlar bir-birlərinə də hücum edirmişlər...

Dörd dustağın da qarın nahiyəsindəki orqanlar və qabırğaları az qala yox kimi idi. Ürək, ağciyər diafraqma əvəzinə, dəri və qabırğaya bitişik əzələlərin çoxu döş qəfəsinin xaricinə yapışmışdı. Qan damarları və orqanlar möhkəm qalsa da, digərlərini çıxarıb yerə atmışdılar. Lakin onlar hələ "yaşayırdılar". Dördünün də həzm sistemləri işləyirdi. Günlər sonra yoxlama aparıldıqda, əslində, yediklərinin öz ətləri olduğu ortaya çıxdı. Əsgərlərin çoxu rus xüsusi xidmət orqanlarında çalışmışdılar, lakin heç biri otağa girib dustaqları qaldırmağa cəsarət edə bilmədi. Əsgərlər otaqdan çıxarılmaları üçün yalvarıb qışqırarkən opyadıcı qaz geri sızdı, onlar da yuxuya getdilər...

Dustaqların otaqdan çıxarılmamaları üçün apardıqları mübarizə hər kəsi çox çaşdırdı. Bir rus əsgər boğazından yaralandığı üçün öldü, digəri isə dustaqlardan birinin dişləriylə gəmirdiyi üçün yaralandı. Digər beş əsgər isə intihar etdi.

Yaşayan dörd dustaqdan birinin dalağı partladı və qanı çölə axmağa başladı. Tibbi tədqiqatçılar onu sakitləşdirməyə çalışdılar, amma bu qeyri-mümkün idi. Bir insanın ala biləcəyi morfidən daha çox qəbul etməsinə baxmayaraq, hələ küncə sıxışdırılmış bir heyvan kimi mübarizə aparırdı. Bir həkimin qolunu və qabırğasını qırdı. Dustağın dövran sistemində qandan çox hava vardı. Ürəyi dayananda belə qışqırmağa davam etdi, üç dəqiqə boyunca özünü döydü. “Hər kəsə hücum, daha çox!" sözlərini təkrar edərkən getdikcə gücsüzləşdi və səssizcə yerə yıxılıb öldü.

Sağ qalan üç dustaq tam təchizatlı bir tibb mərkəzinə aparıldı. Sağlam səs telləri olan iki dustaq oyaq qala bilmək üçün daha çox qaz tələb edirdilər. Onların orqanlarını təkrar yerləşdirmə mərhələsində sakitləşdirici dərmanlara qarşı immunitet qazandıqları aşkarlandı. Dustaqlardan biri iplə bağlanmasına baxmayaraq, hirslə ətrafdakılara hücum edirdi. Sonda dörd düyümlük dəri ipləri qırmağı bacardı. Onu qüvvətli bir əsgər möhkəmcə tuturdu. Dustağı sakitləşdirmək üçün normal dozada anesteziya istifadə olundu və gözləri bağlandı. Ürəyi dayanmışdı ... Yarılma nəticəsində qandakı oksigenin miqdarının normadan üç qat çox olduğu məlum oldu. Əzələləri skeletinə elə yapışmışdı ki, qoparılarkən doqquz sümüyü qırıldı.

Həyatda qalan iki nəfər isə beş nəfərin arasında ilk qışqırmağa başlayanlar idi. Səsyazmalar yox edilmişdi.Yalvaracaq vəziyyətdə deyildilər, tək bacardıqları başlarını nizamsız bir şəkildə hərəkət etdirmələri idi. Bunlar anesteziyanın təsirindən doğan nəticələr idi. Sonrakı bir əməliyyat zamanı yenidən anesteziya verildi. Orqanlarını bərpa edərkən altı saat boyunca heç bir reaksiya vermədilər. Bir tibb bacısı bir neçə dəfə xəstənin əməliyyat əsnasında gülümsədiyinin şahidi oldu. Əməliyyat bitdikdən sonra xəstə zümzümə etməyə başladı. Həkimlərdən biri xəstənin əhəmiyyətli bir şey söylədiyini güman edərək qələm və qeyd dəftərini alıb onun yanına getdi. Xəstənin dodaqlarından səslənən sözlər otaqdakıları dəhşətə gətirdi: "Kəsməyə davam et".

Digər iki dustaq da eyni cür əməliyyat edildi. İkisinə də anesteziya əvəzinə onları iflic edən bir dərman verildi. Əməliyyatı reallaşdırmaq qeyri-mümkün idi, çünki iki xəstə də gülüb dururdu. Təkrar danışdıqları zaman canlandırıcı qaz istədiklərini söylədilər. Tədqiqatçılar onlara niyə öz bağırsaqlarını parçaladıqlarını və təkrar qaz verilməsini istədiklərini soruşdular. Tək cavab bu idi: "Oyaq qalmaq gərək idi".

Qalan üç dustağı daha möhkəm bağladılar və onlarla nə ediləcəyinə qərar verənə qədər gözləmə otağına göndərdilər. Komandir təkrar qaz veriləndə nə olacağı ilə maraqlanırdı. Tədqiqatçılar buna etiraz etdilər, amma heç kəs dillənmədi.

Otağın içində təkrar möhürlənməyə hazırlanan dustaqlar EEG monitoruna bağlıydılar. Sürpriz olan isə təkrar qaz alacaqlarını eşitdiklərində çırpınmalarının dayanması idi. Onlar özlərini oyaq qalmağa məcbur edirmiş kimi idilər. Biri zümzümə edərək danışmağa çalışırdı. Digər dustaqlar başını yastığa qoymur və davamlı olaraq kipriklərini qırpırdılar. EEG monitorunda görünən beyin dalğaları çaşdırıcı idi. Hesabatlarına baxarkən bir tibb bacısı xəstələrdən birinin başını yastığa qoyduğu anda gözlərinin qapandığını hiss etdi. Beyin dalğaları onun yuxuya getdiyini göstərirdi. Sonra yenidən əvvəlki vəziyyətinə qayıtdı. Bu an isə ürəyi dayanmışdı...

Qalan iki dustaq isə təkrar möhürlənmək üçün qışqırmağa başladı. Beyin dalğaları eynilə yuxudan ölən dustağınkı kimi oldu. Komandir onların yenidən möhürlənməsini əmr etdi. Tədqiqatçılardan biri silahını çəkib komandiri vurdu. Sonra silahı səssiz dayanan dustağa tuşladı və onun beynini dağıtdı. Silahı sonuncu dustağa yönəltdi: "Bu şeylərlə eyni yerdə bağlanıb qalmayacağam!" Adama bağırdı: "Nəsən sən?! Bilmək məcburiyyətindəyəm!"

Dustaq gülümsədi: "Bu qədər asanmı unutdun?" "Biz sizik. Biz sizin içinizdə yatan dəliliyik, hər an sərbəst olmağı gözləyən dəli heyvanlarıq. Biz yatağınızın altında saxlananlarıq... "

Tədqiqatçı dayandı. Sonra silahı dustağın ürəyinə istiqamətləndirib atəş açdı. Dustaq ölərkən, "Hardasa... azad ..." dedi.

Persona.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR