• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Uşaq qatilləri həbsxanada intihar etdilər

  • Maraqlı
  • 7 İyul 2014 12:40
  • 450 Baxış
Uşaq qatilləri həbsxanada intihar etdilər

Aralarında dörd uşaq da olmaqla 12 nəfəri öldürən qatil həbsxanada intihar edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, intihar edən şəxs “Amur“ ləqəbli İqor Çernıxdır. O, 2010-cu ildə fermer Server Ametovun ailəsini qətlə yetirən cinayətkar dəstənin aktiv üzvlərindən olub.

Həmin vaxt canilər fermerin evinə hücum çəkərək bütün ailə üzvlərini və qonaqları qətlə yetirmişdilər. Hadisə vaxtı evdə dörd azyaşlı uşaq da vardı. Dörd uşaqdan üçünü İqor Çernıx öldürmüşdü.

“Amur” həmçinin 2009-cu ildə biznesmen Smolnikovun qətlində iştirak edib. Bu cinayətlərə görə məhkəmə ona ömürlük həbs cəzası kəsmişdi.

Dünən isə İqor Çernıx birnəfərlik kamerada asılmış vəziyyətdə tapılıb.

Maraqlı burasıdır ki, bu bandanın əsas digər üzvləri – “Amur”un cinayət ortaqları Sergey Karpenko və Vitaliy İvanov da 2011-ci ildə kamerada intihar ediblər.

Görünür, uşaq qatili olmaq hətta ən qatı cinayətkarlar üçün psixoloji problemlər yaradır.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR