Vaqif Bakinski Rövşən Lənkəranskinin dostunu döyüb
Bizi izləyin

Bilgi.az

Vaqif Bakinski Rövşən Lənkəranskinin dostunu döyüb

Tanınmış qanuni oğru Cemal Mikeladzenin bəxti gətirmir.


Qanunsuz silah saxlama və narkotik satışı ilə bağlı Moskvanın Odinsovo rayon məhkəməsində vəkilləri onun işini yüngülləşdirmişdilər. Konkret olaraq narkotik ittihamı üzərindən götürülmüşdü.


Belə olan halda, gürcü qanuni oğruya yalnız il yarımlıq azadlıqdan məhrum etmə cəzası düşürdü. Nəzərə alsaq ki, Cemal 2013-cü ilin fevralından həbsdədir, demək, bu yaxınlarda azadlığa çıxmalı idi.


Amma alınmadı. Prokurorluq məhkəmənin qərarından şikayət verib. İş yenidən istintaqa qaytarılıb. Bundan əlavə, Mikeladze lap azadlığa çıxsaydı belə, onu İtaliya məhkəməsi axtarışa verib. Onu Rusiya İtaliyaya ekstradisiya edəcəkdi.

İtaliyada hesab edirlər ki, Mikeladzenin Aslan Usoyana (Ded Xasan) sui-qəsd edənlərlə birbaşa əlaqəsi var.


Məhz 2012-ci il sentyabrın 18-də Ded Xasan klanına rəqib olan qanuni oğrular Merab Canqveladze (Merab Suxumski), Rövşən Lənkəranski və Cemal Mikeladze bu sui-qəsdi planlaşdırıblar.


Dostlarından fərqli olaraq, Cemal həbsxanada düşmən klanın üzvləri ilə rastlaşıb.

Aslan Usoyanın qruplaşmasından olan qanuni oğru Vaqif Süleymanov (Vaqif Bakinski) və Zviad Ozmanov (Zviad Tbiliskiy) Cemalı möhkəm döyüblər. Nəticədə, Mikeladze hospitala düşüb.

Bundan əlavə, Vaqif Bakinski bütün “zon”lara məktub göndərərək Mikeladzenin oğru adından məhrum olunması barədə məktub yollayıb.



İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm