Kral oğlu jurnalistlə evləndi
Bizi izləyin

Bilgi.az

Kral oğlu jurnalistlə evləndi

Belçika şahzadəsi qəzet müxbiri ilə evlənib.

Axar.az xəbər verir ki, Belçika şahzadəsi Amadeo ilə italiyalı jurnalist Elizabetta Maria Rozboş uzun müddətli münasibətlərini rəsmiləşdiriblər.


İtaliyanın paytaxtı Romada baş tutan toy mərasimi olduqca sadə şəkildə keçirilib.


Toya Belçika kral ailəsinin üzvləri, İtalyanın aristokrat ailələri və İngiltərə York şahzadəsi Beatriç də qatılıb. Belçikanın yeni xanım şahzadəsi olan jurnalist Elizabetta da aristokrat bir ailənin tək uşağıdır.
Yeddi ildir birlikdə olan cütlük Nyu-Yorkda yaşayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm