Dünyanın ən balaca insanı
Bizi izləyin

Bilgi.az

Dünyanın ən balaca insanı

Nepal sakini Çandra Bahadur Danqinin boy cəhətdən o qədər də bəxti gətirməyib. 74 yaşlı Danqinin hündürlüyü 56 sm-dir. Bu, təxminən yeni doğulmuş bir körpənin ölçüsü qədərdir. Çəkisi isə 12 aylıq uşağın çəkisinə yaxındır – yəni 12 kq.

Qoca Danqi hazırda “dünyanın ən balaca insanı” kateqoriyasında “Ginnesin Rekordlar Kitabı”na düşməyə real namizəddir. O, rekordlar kitabına həm də bəstəboylar arasında ən çox ömür sürən insan kimi də düşmək iddiasındadır.

Yaşadığı yer Nepalın paytaxtı Katmandudan 540 km uzaqlıqdadır. Qardaşının ailəsi ilə birgə qalır. Ailədə beş qardaşdırlar. Maraqlısı budur ki, qardaşlarının boyu normal ölçülərdədir.

Danqiyə qədər ən balaca boylu insan Filippində yaşayan Canrey Balauində olub – 60 sm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm