• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukraynada separatçılar muzeylərdən tankları oğurlayır

  • Maraqlı
  • 8 İyul 2014 12:37
  • 399 Baxış
Ukraynada separatçılar muzeylərdən tankları oğurlayır

Ukraynada separatçılar muzeydən tank oğurlayıblar.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Donetskdə separatçılar İkinci Dünya müharibəsi dövrünə aid olan T-54 tankını muzeydən çıxarıblar.

Separatçılar zavodların birində tanka yeni mühərrik qoyacaqlarını deyiblər. Həmçinin tankın lüləsi dəyişdiriləcək. Maşın döyüş vəziyyətinə gətirildikdən sonra separatçılar ondan partizan müharibəsində istifadə edəcəklər.

İki gün əvvəl isə analoji hadisə Luqanskda baş verib. Orada separatçılar muzeydən T-34 tankını oğurlayıblar.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR