• USD 1,7447 +0,54% EUR 1,8399 +0,21%
    • GBP 2,1809 +0,99% RUB 0,0304 +1,32%

Ən axmaq məhkəmə qərarları - Siyahı

  • Maraqlı
  • 8 İyul 2014 15:11
  • 1 250 Baxış
Ən axmaq məhkəmə qərarları -  Siyahı

Dünyada qəribə müsabiqələr çoxdur. Məsələn “Darvin” müsabiqəsində mükafatlar dünyasını ən axmaq üsulla dəyişən insanlara verilir. “Stella” mükafatının qalibləri isə təsadüf, yaxud hakim səhvi nəticəsində qeyri-adi məhkəmə proseslərini udan şəxslərə verilir.

2000-ci ildə Texas məhkəməsi Ketlin Robinsonun, mebel dükanının sahibinə qarşı qaldırdığı iddiaya baxırdı. Mebelə baxarkən Ketlin dükandakı uşaqla toqquşmuş və biləyini sındırmışdı. Məhkəmənin qərarı ilə mebel mağazasının sahibi, Ketlinə 78 min dollar ödəməli oldu. Sahibkarın ürəyini partladan məqam vardı: axı dükanda nadinclik edən uşaq elə Ketlinin öz doğma oğlu idi.

1998-ci ilin oktyabrında Pensilvaniya ştatında Terrens Dikson qonşusunun evinə oğurluğa girir. Oğurladıqlarını toplayır. Ancaq bu zaman evdə olan mühafizə sistemi işə düşür. Terrens evdən çıxa bilmir. Bir ay orda qalır. Evdə olan pişik yeməkləri ilə qidalanır. Ev sahibi gəlib onu buraxır. Terrens üzr istəmək əvəzinə qonşusunu məhkəməyə verir. Bir ay müddətində psixoloji zədə aldığından məhkəmə Terrensin lehinə qonşunu yarım milyon dollar cərimələyir.

2007-ci ildə isə Kara Uolton adlı qadın gecə klubunda yüngülvari yeyib-içir. Beş dollar borcu qaytarmamaq üçün klubun tualetindən çölə çıxmağa çalışır. Ancaq sürüşüb yıxılır və ağzındakı iki dişi sındırır. Kara gecə klubunun sahibini məhkəməyə verərək iddiasını təmin etdirə bilir. Klub sahibi qadının dişini düzəltdirmək üçün həkimə 12 min dollar ödəməli olur.

İlqar Atabəyli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR