Meksika narkokartelinin cəlladları – Los Zetas
Bizi izləyin

Bilgi.az

Meksika narkokartelinin cəlladları – Los Zetas

Los Zetas – dünyanın ən təhlükəli narkokartellərindən biridir. Qəddar və amansızlıqları ilə dünyaca məşhurdurlar. Onların əməllərini sözlə belə, ifadə etmək mümkün deyil. Bazaları Meksikada yerləşsə də, nüfuz dairələri ölkə sərhədlərini çoxdan aşıb.

Fərarilər ordusu

Los Zetas Meksikadakı narkokartellərdən ən tanınmışıdır. Qruplaşma üzvləri arasında Meksikanın xüsusi təyinatlı elit qoşun növlərindən, GAFE-dən fərarilik etmiş əsgərlərlər çoxluq təşkil edir. Həmçinin banda üzvləri arasında Qvatemala ordusunun təqaüdə çıxmış zabitlərinə də çox rast gəlinir.

Qruplaşmanın hökümətdə korrupsiyaya bulaşmış məmurlar, yüksək çinli polis zabitləri ilə əlaqələri güclüdür.

Bu muzdlular dəstəsi əvvəllər Meksikanın ən iri narkokarteli olan Qolfo kartelinə tabe idi. Lakin kartelin başçısı Osel Kardenas Gilyen həbs olunduqdan sonra Meksikadakı narkotik biznesi əsasən Zetas qruplaşmasının nəzarətinə keçdi. Narkoticarətlə yanaşı, qruplaşma adam oğurluğu ilə də məşğul olur. Əsasən, ABŞ-dan olan turistləri girov götürür və mükafat qarşılığında azad edirlər.



Tərkibi və rütbələri

Bu qruplaşma digərlərinə bənzəmir. Burada ciddi nizam-intizam var. Qruplaşmanın adı liderlərdən birinin adı ilə bağlıdır.

Los Zetasın ən təhlükəli döyüşçülərindən biri Arturo Qusman Desena 5 il dəniz piyadası olmuşdu. O, yüksək pul müqabilində qruplaşmaya muzdlu kimi dəvət edilərkən özü ilə 30 nəfər fərarilik etmiş xüsusi təyinatlı əsgər gətirmişdi.

Arturonun dəstəsi tezliklə bütün rəqib klanları bir-bir əzdi. Heç kimə aman vermədi. Ancaq 2002-ci ildə atışmaların birində Desena həlak oldu.

Qeyd edək ki, orduda xidmət edərkən Arturonun kod adı “Z” (Zet hərfi) idi. Bu kod adı ancaq yüksək rütbəli zabitlərə verilir. Arturonun ölümündən sonra qruplaşma Zetas adlandırılmağa başladı.

Los Zetasda digər bandalardan fərqli olaraq rütbələr var. Lap hərbidəki kimi. Ən aşağı, yəni birinci rütbəyə aid olanlara “şahinlər” deyilir. Onlar qruplaşmanın nəzarət etdikləri şəhərlərdə silahsız patrul kimi gəzir, ərtaf bölgəyə nəzarət edirlər.

İkinci rütbə - “kobralar”dır , onlar hərbçi deyillər. Ancaq üstlərində odlu silah olur. Müəyyən obyektləri qoruyurlar.

Üçüncü rütbə -“Yeni Los Zetas” - tərkibi yaxşı hərbi hazırlıq keçmiş Qvatemala ordusunun sabiq zabitlərindən ibarətdir. Bu dəstəyə daxil olanlar gülləkeçirməyən jilet, gecəgörmə cihazları, qumbaralar və avtomat silahla təhciz olunurlar.

Dördüncü rütbə - “köhnə kobralar”dır, onlar ikinci rütbəyə birbaşa komandanlıq edirlər. Hərbi təcrübələri yoxdur.

Beçincü rütbə - “köhnə Zetas”dır, onlar 90-cı illərdə bandanı yaradan əsas üzvlər, liderlərdir. Əsasən keçmiş xüsusi təyinatlı elit əsgərlərdən ibarət olur. Sayları təxminən 40 nəfərdir.



Bundan başqa qruplaşmada informatorlar , mühasiblər də var. Mühasiblər həm qruplaşma üzvlərinə maaş verməklə , həm də korrupsioner polislərə rüşvət paylamaqla məşğuldurlar.



Cinayətləri

Los Zetasa nahaq yerə ən amansız qruplaşma demirlər. Məsələn, 2011-ci ildə Tamaulipas şəhər polisi səhrada 193 nəfərin basdırıldığı kütləvi məzarlıq tapdı. Araşdırmalardan sonra aydın oldu ki, ölənlərin hamısı qeyri-leqal yolla Meksika ərazisinə keçmək istəyən miqrantlar olub. Amma onların hamısı işgəncə ilə öldürülüb. Məsələ ondadır ki, Meksika-ABŞ sərhədinin çox hissəsinə Los Zetas nəzarət edir. Meksiya keçmək üçün hər bir adam bu bandadan “icazə” almalıdır. Görünür, öldürülənlərin belə “icazələri” olmayıb.

2012-ci ildə hökumət qruplaşmaya qarşı təzyiqi artırdıqda Los Zetas cavab olaraq amansız qətllər törətdi. Məqsəd höküməti qorxutmaq idi. 2012-ci ildə banda Monterrey şəhərində kazinolardan birinə daxil oldu. Kazinoda istirahət edən varlı iş adamları, turistlər də daxil olmaqla 61 nəfər güllələndi. Sonra binaya benzin səpib od vurdular.

Bir müddət sonra Los Zetasdan Meksika prezidenti Filip Kalderonun administrasiyasına zəng vurub hökumət üçün “sürpriz” hazırladıqlarını dedilər və Duranqo şəhəri yaxınlığında bir əraziyə baxmağı tövsiyyə etdilər. Polis həmin koordinatda axtarış aparanda Los Zetas tərəfindən oğurlanmış 250 nəfərin meyitini tapdı. Onların arasında qadınlar və uşaqlar da vardı. Heç kimə aman verilməmişdi.

Las Zetas üzvləri adətən öldürdükləri adamların barmaqları və dişlərini çıxarırlar ki, meyitin şəxsiyyətini müəyyən etmək olmasın.

Məlumatlara görə, Los Zetasın ölkə boyu çoxsaylı həbsxanaları var.



İlqar Atabəyli




Oxumağa davam et
Reklam
Reklam

Gündəm