Dünyanın ən hündür boylu qızı türkdür
Bizi izləyin

Bilgi.az

Dünyanın ən hündür boylu qızı türkdür

Türkiyənin Qarabükün Safranbolu mahalında yaşayan 17 yaşlı Rümeysa Gəlgi 2 metr 13.5 santimetr boyu ilə dünyanın 18 yaşa çatmamış ən uzun boylu qızı olaraq Ginnesin Rekordlar kitabına düşüb.

Axar.az xəbər verir ki, doğumundan 4 ay sonra “Viver sindromu” diaqnozu qoyulan Rümeysanın boyu dayanmadan uzanıb. “Sürətli böyümə” olaraq tanınan bu xəstəlik üzündən yaşıdlarından daha uzun olan Rümeysa illərlə müalicə alsa da, böyüməyi ancaq bu il dayanıb.

Xəstəlik üzündən 2 metr 17 sm boya çatan Rümeysanın ailəsi 2012-ci ildə Ginnesin Rekordlar kitabına düşmək üçün müraciət edib. 2 ildən sonra bu ilin martında Ginnes nümayəndiliyindən bir neçə nəfər gələrək Rümeysa ilə maraqlanıb, onun boyunu ölçüb. Nəhayət, bu həftə ailəyə müjdəli xəbər gəlib.

Rümeysa 18 yaşdan kiçik yaşlılar arasında dünyanın ən ucaboylu qızı olaraq rekordlar kitabına düşüb. Bu gün mahal mərkəzində mərasim təşkil edilərək Ginnes Türkiyə hakimi və səlahiyyətli nümayəndəsi Şeyda Subaşı tərəfindən sertifikat Rümeysaya təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm