• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Keçmiş sevgilini unutmağın yolları

  • Maraqlı
  • 10 İyul 2014 08:10
  • 2 319 Baxış
Keçmiş sevgilini unutmağın yolları

Keçmiş sevgilini unutmaq elə də asan deyil. Xüsusilə də 18-24 yaş arasında olanlar belə məsələlərdə çətinlik çəkirlər. Keçmiş sevgilinizi və ya nişanlınızı unutmağınıza kömək edəcək bu 7 məsləhəti diqqətli oxuyun.

İmicinizi yeniləyin

Ayrılıq həyatın sonu demək deyil, əksinə həyatınızda yeniliklər olacağının işarəsidir.

Depressiyadan çıxmaq və özünüzü daha yaxşı hiss etmək üçün görünüşünüzdə dəyişikliklər edin. Saçınızı kəsdirin və ya rəngini dəyişdirin.

Dərdinizi bölüşün

Dərdləri içinizə atımayın, probleminizi yaxın rəfiqələrinizlə bölüşün. Bu, stressdən xilas olmağınıza kömək edəcək. Həm də onların məsləhətləri yanlış addımlar atmağınıza mane olar.

Yeni biri ilə münasibət yaradın

Zamanınızın çoxunu keçmiş sevgilinizi düşünərək keçirməyin. Bunun yerinə əyləncələrə vaxt ayırın. Çölə çıxın, gəzin, yeni insanlarla tanış olun. Yeni bir sevgili tapın demirik. Çünki ayrılıqdan dərhal sonra başqa biri ilə münasibətə başlamaq düzgün deyil. Hələ buna hazır deyilsiniz. Belə etsəniz bu dəfəki münasibətiniz qısa müddətli alına bilər. Sadəcə sizi bəyənən insalarla əvvəlkindən daha səmimi olun, flirt edin, onları tanımağa çalışın.

İstirahətə gedin

Büdcənizdən pul ayırın və məzuniyyətə çıxın. Rahatlaşmaq və keçmiş sevgilinizi unutmaq üçün ən yaxşı üsul istirahətə getmək, yeni yerlər kəşf etməkdir.

İdmanla məşğul olun

Ayrılığın səbəb olduğu stressdən idman edərək xilas ola bilərsiniz. Bütün gün yeyib, kökəlməkdənsə arıqlayıb ideal görüntüyə sahib olmaq özünüzə güvəninizi artıracaq. Bu da özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq. Əgər idman etməyi sevmirsizsə, yoqa ilə məşğul ola bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR