Azyaşlını qatarda zorladı
Bizi izləyin

Bilgi.az

Azyaşlını qatarda zorladı

Tailandda yaşayan 13 yaşlı Nonq Kaem qatarda itkin düşüb. Bacıları ilə Surat Tani-Banqkok reysi üzrə qatarda evlərinə geri qayıdan Nonqun cəsədi 3 gün sonra dəmir yolunda tapılıb. Aparılmış tədqiqat nəticəsində qatarda təmizlik işlərinə baxan 22 yaşlı gənc Vançay Saenqkao qızı zorlayaraq qətlə yetirməkdə şübhəli bilinib.

O, qızı qətlə yetirib qatardan çölə atmazdan öncə narkotik vasitə qəbul edib. İçkili olan Vançay qatar dəhlizində qıza yaxınlaşıb və onu boğaraq zorlayıb. Qızın öldüyünə əmin olduqdan sonra azyaşlının telefonunu götürərək cəsədini qatardan atıb. Məhz telefon sayəsində polis caninin yerini tapa bilib. Ələ keçirilən Vançayı ölüm cəzası gözləyə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm