• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ağlımızı qorumağın 7 YOLU

  • Maraqlı
  • 11 İyul 2014 01:58
  • 901 Baxış
Ağlımızı qorumağın 7 YOLU

Ağır şəhər həyatı, gündəlik stresslər və qaydasında getməyən işlər. Bir insanın psixoloji vəziyyətinə mənfi təsir edəcək o qədər amillər var ki... Ancaq təqdim edəcəyimiz bu məsləhətlərə riayət etməklə hüzurlu bir həyat yaşaya bilərsiniz.

Açıq havada qaçış. Qaçış üçün qapalı idman salonları yerinə açıq hava seçsəniz bu, daha yaxşı hiss etmənizə kömək edəcək.

B 12 vitamini. Araşdırmalar zamanı bədəndə yaşanan B 2 vitamin əskikliyinin depressiya və stressə səbəb olduğu ortaya çıxıb. B-12 vitamin ehtiyacınızı toyuq, yumurta, süd məhsulları ilə ödəyə bilərsiniz.

Kiçik hədəflər. Nəyisə hədəf seçirsinizsə, hədəfin sadə və kiçik olması həmin işi bacarmanıza, uğur əldə etmənizə çox kömək edəcək. Siqaret tərgitmək istəyirsinizsə, birdən-birə “heç siqaret çəkməyəcəm” demək yerinə, “hər gün siqaretin sayını bir-bir azaldacağam” deyin.

Lirik və sakitləşdirici musiqilər. İş görərkən klassik, sakit musiqilər dinləmək, insanı rahatladar və stressi yox edər.

Lavanda yağı. Yata bilmirsinizsə, yastığınıza bir neçə damcı lavanda yağı damcıladaraq, yuxu keyfiyyətinizi artıra bilərsiniz. Yatmadan əvvəl lavanda çayı içmək də eyni təsiri verir.

Hədiyyə verin. Hədiyyə verərək həmin gün boyunca xoşbəxt hiss edəcəksiniz. Bunu araşdırmalar təsdiqləyib.

Meditasiya. Gündəlik olaraq 3-4 dəqiqənizi meditasiyaya ayırın. Depressiya, yuxusuzluq, stress kimi problemlərlə başa çıxmanıza kömək edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR