İlanların dəhşətli köçü (VİDEO, FOTO)
Bizi izləyin

Bilgi.az

İlanların dəhşətli köçü (VİDEO, FOTO)

Kanadada ilanlar kütləvi köç edib.

ANS PRESS-in məlumatına görə, Narcisse İlan Mağarasında çəkilən görüntülər insanları dəhşətə gətirir. Minlərlə ilanın birgə köçü sanki qorxu filmlərinə bənzəyir. Nə qədər qorxulu görünməyinə baxmayaraq bəzi turistlər bu mənzərini izləmək üçün mağaraya axın edir.


Qışda yerin altındakı mağaralarda qış yuxusuna gedən ilanlar yazın gəlməsi ilə yuvalarından çıxıb ətrafdakı bataqlıqlara yönəlirlər. Narcissedə olan ilanların sayı 1999-ci ilə qədər 70 min ətrafında olub.


Ancaq sonradan iqlim dəyişiklikləri on minlərlə ilanın ölməsinə səbəb olub. Eyni zamanda, ilanların köç yolu üzərində olan avtomobil yolu da hər il minlərlə ilanın ölümünə səbəb olur.


İlanların sayındakı bu sürətli azalmadan sonra alınan tədbirlərlə ilanların həyatını qorunmağa çalışılır.


























Oxumağa davam et
Reklam
Reklam

Gündəm