Yol polisi əsəbiləşərsə…
Bizi izləyin

Bilgi.az

Yol polisi əsəbiləşərsə…

Rusiyada sürücülərin yol polisinə tabe olmaması bəzən faciə ilə nəticələnir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Pskov şəhərində yol polisinin “dayan” əmrinə tabe olmayan sürücü odun parçası ilə döyülüb.

Belə ki, yol polisinin patrul maşını əmrə tabe olmayan “UAZ” avtomobilini təqib etməyə başlayıb.

Səbri kəsilən polislər atəş açaraq “UAZ”ın təkərlərini güllələyiblər. Bundan sonra sürücü avtomobilini yolun kənarına atıb və yaşadığı qəsəbəyə tərəf qaçaraq öz evində gizlənib. Bununla da onu təqib edən yol polislərini daha da özündən çıxarıb.

Həyətə daxil olarkən polislərin qarşısına sürücünün qonşusu çıxıb. Polislər qonşu kişiyə zərbə endirərək onun çənəsini qırıblar. Sonra həyətdə zəncirdə hürən iti gülləyiblər.

Sonda isə evə daxil olaraq sürücünü odun parçası ilə döyüblər.

Faktla bağlı polis orqanında daxili araşdırma başlayıb, cinayət işi açılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm