• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kim Kardaşyan boşanır?

  • Maraqlı
  • 12 İyul 2014 13:40
  • 2 932 Baxış
Kim Kardaşyan boşanır?

Erməni əsilli Amerika ulduzu Kim Kardaşyan yenidən Amerika mətbuatında gündəmə gəlib. Ölkə qəzetləri yenicə ərə getmiş ulduzun ayrılmasından yazır.

Şayiələrə görə, əri Kanye Uestin arvadına olan ümidləri boşa çıxıb. Belə ki, onlar ailə qurduğu zamandan çox az vaxt birgə keçiriblər. Cütlük ilk 46 günün cəmi onunu birgə keçiriblər. Reper Kanye konsert proqramları ilə çıxış etdiyi zaman, Kim Kardaşyan gününü moda sərgilərinə sərf edir. Deyilənlərə görə, cütlük arasında soyuqluq bal ayından sonra başlayıb. Kim və Kanye bal ayını İrlandiya və Çexiyada keçiriblər. Kim İrlandiyanın soyuq iqlimindən və lüks mağazalara gedə bilmədiyindən narazılıq edib. Bundan əlavə, Kanye ikinci uşağa sahib olmaq istəyir, Kim isə hamiləlik haqda eşitmək belə istəmir.

Xarici mənbədən bildirilir: “Kanye özünü bədbəxt hiss edir. O, uzun müddətdən sonra başa düşüb ki, Kimi yalnız mağaza və hovuzlar maraqlandırır. O, bunları evlilikdən sonra gördüyü üçün məyus olub. Arvadının başqa heç nə ilə maraqlanmamağı onu kədərləndirir. Kanye və Kim tamamilə fərqli insanlardır”.

Maraqlısı budur ki, Kim və Kanye 2012-ci ildən bir yerdədirlər. Kanye isə Kimin əsl xasiyyətini məhz toydan sonra görüb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR