• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məşhur müəlliflərin qəribə hobbiləri

  • Maraqlı
  • 14 İyul 2014 07:04
  • 404 Baxış
Məşhur müəlliflərin qəribə hobbiləri

Kəpənəklər uşaqlıqdan Nabokovu əyləndirirdi və o, son gününədək öz kiçik dostlarına sadiq qaldı. Hər şey təxminən 100 il əvvəl Peterburq yaxınlığındakı Vıra malikanəsində başlayıb – belə ki, Vladimir ilk kəpənəyini altı yaşında məhz orada tutub. Həmin gün onunçün səkkiz il sonra ilk şerini yazacağı gün qədər əlamərdar idi. Nabokov həmişə entomologiya (zoologiyanın həşərat (böcəklər) bəhsi – tərc.) ilə ciddi məşğul olmağa böyük dəyər verirdi və kolleksiyasını daima məhz özünün tutduğu kəpənəklərlə zənginləşdirirdi. Vladimir Nabokov 20 yeni kəpənək növü aşkar edə bilib. Nabokovun bu fəaliyyəti daimi qazanc gətirirdi və hətta sevimli məşğuliyyətinə vaxt sərf etməyə də imkan verirdi. Bu, Vladimir Nabokova oxucu itkisi, sonralar isə ingilis dilinə keçidlə bağlı yaşadığı böhranlara tab gətirməkdə çox yardımçı olub.

Lev Tolstoy

Qraf Lev Tolstoyun velosipedə olan qarşısıalınmaz meylinə hazırda memorial və təbiət qoruğuna çevrilən “Yasnaya Polyana” malikanəsi şahidlik edə bilər. Tezliklə burada böyük rus yazıçısının marşrutu üzrə əyləncəli velosəyahət də həyata keçirmək mümkündür. Yazıçı təkcə Moskva küçələrində velosiped sürməklə kifayətlənmir, həm də Moskvadan Tuladakı “Yasnaya Polyanaya”dək velosipedlə gəlirdi. Əlbəttə, bu gün yolların keyfiyyəti bundan daha artığına imkan verir. Amma 100 il əvvəl, həm də yaşının ahıl çağında belə bir səyahəti uğurla həyata keçirmək üçün əsl hünər lazım idi. Tolstoy həmçinin kotana qoşulub yer şumlamağı xoşlayırdı. Bu səhnə xeyli tamaşaçı toplayırdı. Məşhur qraf, bundan başqa, qohum və dostlarına çox böyük həvəslə çəkmə tikirdi.

İlya Erenburq

Hələ müharibədən əvvəl Moskvanın “Yava” fabriki zərif qutularda tənbəki çubuqları istehsal etməyə başlayır. Qutunun üzərində onun istifadə və qulluq qaydalarını əks etdirən yazı da vardı. Ancaq çox az adam bilir ki, bu təlimatı məşhur kolleksiyaçı, “On üç tənbəki çubuğu” povestinin müəllifi yazıçı İlya Erenburq yazmışdı. Povestdə tənbəki çubuğu sahiblərinin, xüsusən də fransızların taleyindən bəhs olunur. O vaxt müəllifi qərbçilikdə ittiham etmişdilər. Deyirlər ki, müəllif qonaqlarına heç vaxt tənbəki çəkməyə icazə verməz, zarafatla deyərdi ki, guya barmaq izləri qalar, birdən hər yerə burnunu soxan “DTK”-çılar tökülüşüb gələr? Erenburqdan soruşanda ki, niyə məhz tənbəki çubuqları kolleksiyasını yığır, çiyinlərini çəkib cavab verərdi ki, ehtirasla bağlandığın predmeti insan özü seçmir, o, ilahidən gəlir.

Mark Tven

1872-ci ildə yazıçının ağlına belə bir dahiyanə ideya gəlir: səhifələrində nazik yapışqan zolağı olan albom nəşr etdirir, sonralar isə bu ixtirasına “Özü kleyləyən albom” adı ilə patent də alır. Həftənin altı günü gələcəyin ədəbi şedevrlərini yaratmaqla məşğul olur, hər bazar gününü isə öz hobbisinə həsr edir. Mark Tven bu işindən 50 min $-a yaxın vəsait əldə edir, o, hazırladığı albomları Montgomery Ward univermaqlar şəbəkəsi vasitəsi ilə satırdı.

Ernest Heminquey

1954-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı, “Qoca və dəniz” əsərinin müəllifi həm də boksla məşğul olurdu, özü də ciddi şəkildə. Bir dəfə əmisi Frenkin fermasında hansısa bir dələduz oğlan onu bir zərbə ilə yerə sərəndən sonra Hemiquey boksçu olmaq qərarına gəlir. “Çikaqo Tribun” qəzetində boks bölməsinə yığım haqqındakı elanı oxuduqdan sonra valideynlərinə bildirir ki, gedib ora yazılacaq. Çoxlarının fikrincə, Heminquey heç də pis boksçu olmayıb, hətta ağırçəkili hərbçi (o zaman yazıçı İtaliyada döyüşürdü) boksçular arasında çempion da ola bilərdi. O, həmçinin balıq tutmağın və ovçuluğun, öküz döyüşdürməyin və qadınların, müharibə döyüşlərinin və yeyib-içməyin də möhkəm həvəskarı idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR