Alman yığmasına qızıl qulaqlıqlar hədiyyə olundu
Bizi izləyin

Bilgi.az

Alman yığmasına qızıl qulaqlıqlar hədiyyə olundu

Futbol üzrə dünya çempionatının qalibləri turnirin kubokunu qazanmaqla yanaşı, “Beats by Dr. Dre” markasından hədiyyə də qazanıb.

Belə ki, “Betas by Dr. Dre” brendi qaliblər üçün 24 karatlı qızıldan 24 ədəd qulaqlıq hazırlayıb. Golden (“Qızıl”) adlı layihənin reklam çarxında isə super modellərdən biri hesab edilən 44 yaşlı Naomi Kempbell çəkilib.

Fotosessiya zamanı Naominin əynində “Tom Ford” brendindən libas, ayağında isə “Christian Louboutin”ən ayaqqabı olub. Dünən keçirilmiş matçdan sonra Kempbell alman yığmasının üzvlərini də təbrik edib.

“Beats by Dr. Dre” qulaqlıqlarının qiyməti 460 dollar civarındadır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm