Bilgi.az
Azərbaycanın erməni xalq artistləri - Siyahı
Vahid sovet dövlətinin tərkibində yaşayarkən Azərbaycan və Ermənistan müttəfiq respublikaları əməkdaşlıq etmək məcburiyyətindəydi. Dağlıq Qarabağda sepratizmin vüsət almasına qədər iki ölkə sənətkarları qarşılıqlı səfərlər, qasrtol turları keçirirdilər. Onlar buna görə ədəbi adları, mükafatlarla təltif olunurdular.
Bu sırada Azərbaycana gələrək, suyumuzdan içib, çörəyimizdən
yemiş və üstəlik də “Azərbaycan SSR-in xalq artisti” fəxri adını
almış nankor erməni sənət adamları daha çoxdur.
Modern.az saytı “Azərbaycan SSR-in xalq artisti” fəxri adı almış
erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edir.
Abelyan Ovanes – 1932-ci ildə Azərbaycan SSR xalq artistidir.
1865-ci il noyabrın 4-də Şamaxıda anadan olub. Uzun illər Bakı
Erməni teatrında səhnə alıb.
Qriqoryan Mariya İosifovna – 1935-c ildən Azərbaycan SSR xalq
artistidir. 1894-cü il iyunun 19-da anadan olub. Bakı və Tiflis
teatrlarında aktisa kimi çıxış edib.
Papazyan Vaqram Homeroviç - 1935-ci ildə Azərbaycan SSR-in xalq
artisti adını alıb. 1888-ci il yanvarın 6-da İstanbul şəhərində
anadan olub. Tbilisi, Bakı, İstanbul və Leninqrad (Sankt-Peterburq)
şəhərlərindəki teatrlarda aktyor kimi çoxsaylı obrazlar yaradıb.
1968-ci il iyunun 5-də Leninqradda vəfat edib.
Arutunyan Xoren Oqanesoviç – 1943-cü ildə Azərbaycanın xalq artisti
adını alıb. 1891-ci ldə anadan olub. Bakı, Yerevan, Tbilisi və
Gümrü teatrlarında aktyorluq edib. 1950-ci ildə vəfat edib.
Arzumanyan Arkadi Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSR xalq
artisti adını alıb. 1898-ci il mayın 5-də Şuşada anadan olub. Bakı,
Tbilisi və Xankəndi teatrlarında aktyorluq edib. 1956-cı ildən
Leninakan (Gümrü) teatrında çalışmağa başlayıb. Arkadi Arzumanyan
1985-ci ildə ölüb.
Arzumanyan Artaşes Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSRİ Xalq
artisti. 1898-ci il mayın 17-də Şuşada anadan olub. Bakı, Xankəndi
və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərib. Repertuarında
Cəfər Cabbarlının “1905-ci ildə” əsərindəki Salamov obrazı xüsusən
məşhur olub. 1985-ci ildə vəfat edib.
Arutunyan Qurgen Mixayloviç – 1955-ci ildə Azərbaycan SSR xalq
artisti adına layiq görülüb. O, 1905-ci il iyunun 22-də Gəncə
şəhərində anadan olub. Qurgen Arutunyan 1929-1949-cu illərdə Bakı
Erməni teatında, 1949-1971-ci illərdə isə Xankəndi Dövlət
teatrındakı tamaşalarda aktyor kimi çıxış edib. 1973-cü ildə
dünyasını dəyişib.
Koqranyan Mixail Aleksandroviç – 1960-cı ildə Azərbaycan SSR xalq
artisti adını alıb. 1907-ci il mayın 16-da Gəncədə andan olub.
Teatr aktyoru vəı rejissoru kimi Bakı və Xankəndində çalışıb.
1974-cü ildə dünyasını dəyişib.
Osepyan Nina Ovanesovna – 1962-ci ildə Azərbaycan Xalq artisti
adına layiq görülüb. O 1913-cü il aprelin 14-də Bakıda anadan olub
və uzun illər Xankəndi Dövlər Dram teatrının aktirsası olub. Nina
Osepyan 1977-ci il noyabrın 19-da Xankəndində vəfat edib.
Petrosyan Avak Qeqamoviç – 1962-ci ildə Azərbaycan SSR xalq artisti
fəxri adı verilib. 1912-ci il martın 29-da Ermənistanın Abovyan
rayonun Gəmrəz kəndidə doğulub. 1941-ci ildən Yerevan Opera və
Balet teatrının solisti olub. Ermənilər öz aləmlərində Petrosyanı
Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ən yaxşı ifaçısı iddia
edirlər.
Adamov Konstantin Haykoviç – 1972-ci ildə Azərbaycan SSR xalq
artisi, Azərbaycan SSR Dövlət Mükafatının laureatına layiq görülüb.
1923-cü il avqustun 15-də Bakıda anadan olub. Uzun illər boyu Səməd
Vurğun adına Azərbaycan Rus Dram Teartrının aparıcı aktyoru
olub.
Xaçaturyan Aram İliç – 1973-cü ildə Azərbaycan SSR xalq artisti
fəxri mükafatına layiq görülüb. Bəstəkar kimi Aram Xaçaturyan
(1903-1978) SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı
(1941,1943,1946,1950) olub, Ermənistan SSR Dövlət himnin
müəllifidir (1944).
Ovçiyan Beniamin Afanasyeviç – 1973-cü ildə Azərbnaycan xalq
artisti adını alıb. 1918-ci il noyabrın 28-də andan olub. Xankəni
Dram Teatrının və bır sıra filmlərin aktyoru olub. 2005-ci ildə
vəfat edib.
Qevorkyan Zinavor Simonoviç – 1979-cu ildə Azərbaycan Xalq artisti
adını qazanıb. 1920-ci ildə anadan olub. 1937-cildən Xankəndi Dram
teartının aktyoru, 1976-1986-cı illərdə isə teartın direktoru
olub.
Alaverdyan Narui İsaakovna – 1982-ci ildə Azərbaycan SSR xalq
artisti adına layiq görülüb. 1941-ci ildə Xankəndində anadan olub.
1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs
Ansamblının solisti olub. 1978-ci ildən isə “Qarabağ” estrada
ansamblının solisti kimi çıxış edib. Hal-hazırda sağdır.
Narek Qriqoryan - tanınmış tarzən və Azərbaycan SSR xalq
artistidir. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb və sovet
dövrününü bir çox aparıcı müğənnilərini müşayiət edib.
Adam Qaribyan – opera müğənnisi və Azərbaycan SSR xalq artistidir.
60-70-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet
Teatrının aparıcı solisti olub. Səhnədə 40-dan artıq obraz
yaradıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...