Məşhurlar dünya çempionatının bağlanışında – Fotolar
Bizi izləyin

Bilgi.az

Məşhurlar dünya çempionatının bağlanışında – Fotolar

Futbol üzrə Dünya Çempionatının sonuncu qalibi Almaniya oldu. Almanlar əlavə verilmiş vaxtda Argentina qapısına bir top vurmaqla qələbə qazandılar. Yeganə vurulmuş qolun müəllifi isə Mario Götze oldu.

Almaniya yığması artıq dördüncü dəfə dünya çempionu oldu. Bu vaxtadək Almaniya 1954, 1974 və 1990-cı ildə qalib olub. Bundan əlavə, almanlar üçqat Avropa çempionu hesab olunurlar.

Alman yığmasının qapıçısı Manuel Neyer “ən yaxşı qapıçı”, argentinalı Lionel Messi isə “ən yaxşı oyunçu” tituluna layiq görülüb.

Əlbəttə, meydan Şakirasız da keçinə bilməzdi. Futbolçu arvadının çempionatın bağlanışında iştirak edəcəyi qabaqcadan məlum idi.

Meydanda Şakiradan başqa digər məşhurlar da olub. Rihanna, Devid Bekhem, Pele və Jizel Bündhen, Mik Caqqer fəal azarkeşlər arasında idilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm