Qırx dərəcə istidə saxlanılan ağ ayı – Fotolar
Bizi izləyin

Bilgi.az

Qırx dərəcə istidə saxlanılan ağ ayı – Fotolar

Cənubi Amerika zooparkında saxlanılan Artur adlı ağ ayı “dünyanın ən qəmgin” ayısı tituluna layiq görülüb.

Ayı Argentinada yerləşən Mendozo zooparkında 40 dərəcə istidə betonun üstündə oturub 2 il bundan qabaq ölmüş Pelusa adlı ayı rəfiqəsinə yas saxlayır. İyirmi doqquz yaşlı ayı uzun müddət Pelusa ilə dostluq edib.

İndi isə Artur depressiyaya düşərək zooparkda var-gəl edir. O, 20 ildir ki, zooparkda yaşayır və Pelusa vəfat edəndən bəri heç bir ayı ilə münasibət qurmur. Bu isə onun sağlamlığına ziyan vurur.

İndi isə zavallı ayı daha yaxşı şəraiti olan sərin zooparka köçürülüb. Müəssisə rəhbərliyi burada onun özünə yeni dost tapacağına ümid edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm