Orijinalından baha olan oyuncaq avtomobil
Bizi izləyin

Bilgi.az

Orijinalından baha olan oyuncaq avtomobil

Hansımız oyuncaq almamışıq ki? Uşaqları sevindirmək, həyatlarına rəng qatmaq üçün onlara oyuncaq hədiyyə etmək çox xoşdur. Amma elə oyuncaqlar var ki, onların qiyməti ən elit , ən nüfuzlu rayondakı villadan belə bahadır.

Məsələn, 1906-cı ildə “Marklin” şirkəti 3 metr uzunluğunda oyuncaq qatar istehsal edirdi. Bu oyuncaq qatar hərəkətdə olarkən tüstü buraxırdı. ABŞ-dakı ailələrdən biri o vaxt bu oyuncaq qatardan birini aldı. Sonralar illər keçdikdən sonra oyuncaq evin zirzəmisində unudularaq tozlandı. Bu yaxınlarda ev sahibləri ulu babalarından qalma oyuncağı tapıb auksiona çıxardılar. Onu 179 min dollara alan müştəri də tapıldı... Pis qiymət deyil.

Amma 1964-cü ildə istehsal olunan və o zaman cəmi 4 dollara satılan ABŞ ordusunun oyuncaq əsgəri daha bahadır. Onu almaq istəyən 200 min dollarından keçməlidir.

Qiymətinə görə ilk yeri isə “Lamborghini”nin qiymətli daşlarla bəzədilmiş kiçik modeli tutur. Oyuncaq avtomobilin qiyməti 4,7 milyon dollardır. Halbuki, əsl “Lamborghini LP-700” modeli oyuncaq avtomobildən düz 12 dəfə ucuzdur.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm