Sibir çimərliyində inanılmaz hadisə - VİDEO
Bizi izləyin

Bilgi.az

Sibir çimərliyində inanılmaz hadisə - VİDEO

Rusiyanın Novosibirsk şəhərində temperaturun qəflətən 40 dərəcədən 20 dərəcəyədək enməsi şənbə günü hava şəraitinin kəskin dəyişməsinə səbəb olub.

Hadisə şahidi şəhər çimərliyinə yağan güclü dolunu mobil telefonun kamerasına çəkib. İstirahət edənlər təhlükəli istirahət zonasını sürətlə tərk etməyə başlasalar da, hamının bəxti gətirməyib - xüsusilə bu zaman suda olanlar əziyyət çəkiblər.

Zərərçəkənlər barədə məlumat verilməsə də, təbii fəlakətin ətrafdakı regionlara da təsir etdiyi bildirilir.

Belə ki, Novosibirsk vilayətində güclü küləyin aşırdığı ağac üç yaşlı əkiz qız uşaqlarını öldürüb. /oxu.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm