Öküzlərlə selfiyə görə cərimə
Bizi izləyin

Bilgi.az

Öküzlərlə selfiyə görə cərimə

İspaniyanın Pamplona şəhərində öküzlərlə qaçışın iştirakçılarından biri selfi çəkmək cəhdinə görə dörd min dollar cərimələnəcək.

ANS PRESS-in məlumatına görə, bu haqda Britaniya mətbuatı xəbər verib.

Böyük Britaniya sakini özünün arxasınca qaçan heyvanların fonunda şəklini çəkməyə çalışıb. Şəkil sosial şəbəkədə yayıldıqdan sonra, istifadəçilər onu "dünyada ən təhlükəli selfi" adlandırıblar.

Şəhərin küçələri üzrə öküzlərlə illik qaçış - Enserro təşkilatçıları iştirakçılara bundan sonra belə çəkilişlər etməyi qadağan ediblər.

Polis indi gözlənilmədən məşhur olmuş kişini axtarır. Bildirilir ki, fotoçəkilişə görə üç insan cərimələnib.

Bu il keçirilən festival çərçivəsində öküzlər təxminən altı insanı yaralayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm