Fransız cazibədarlığının SİRLƏRİ
Bizi izləyin

Bilgi.az

Fransız cazibədarlığının SİRLƏRİ

Ailem.az Avropanın ən zərif və gözəl qadınları hesab edilən fransız qadınlarının gözəllik sirlərini açıqlayır.

Özlərinə xas gözəllik sirləri ilə bir çox qadınların həsəd apardıqları fransızlar dərilərindən tutmuş, saçlarına qədər sanki məxsusi gözəllik sirrinə sahibdirlər. Yataqdan qalxarkən belə, gözəl görünən bu qadınların gözəllik sirləri nələrdir?

Baxımlı bir cildə sahib olmağa çalışan zəriflik və təbiiliyi ilə müzakirə olunan fransız qadınlarının stilinə sahib olmaq üçün bunlara diqqət etməlisiniz.

Dərinizə masaj edin

Fransız qadınları dəri üçün hər zaman losyon və nəmləndirici kremlərdən istifadə edirlər. Cildlərinin parlaq, elastik və gözəl görünməsi üçün hər gün dərilərinə nəmləndirci kremlə masaj edirlər. Beləliklə, üzlərinə canlılıq gəlir və dəri nəmləndirici kremi daha yaxşı "əmir".

Makiyajla yatmamağa diqqət edin

Fransız qadınları makiyaj sahəsində təbiiliyə daha çox üstünlük verirlər. Makiyaj edərkən tuj, ənlik və dodaq boyasından istifadə edirlər. Xüsusən qırmızı dodaq boyasını sevirlər. Sadəlikləri ilə göz qamaşdıran fransız qadınları üzlərindəki makiyajı silmədən heç vaxt yatmazlar.

Üzünüzü çox yumayın

Fransız qadınlarına görə, üzü tez-tez yumaq yağ və nəm səviyyəsini pozur. Buna görə gün ərzində üzlərini çox tez-tez yumurlar. Axşam tonik və ya nəmləndirici kremlə edilən üz təmizliyi ilə kifayətlənirlər.

Ölü hüceyrələrdən təmizlənin

Fransız qadınları ölü hüceyrələrdən xilas olmaq üçün dərini korlamayan kosmetik süngərdən istifadə edirlər.

Təbii saç qulluğu

Baxımlı görünən və par-par parıldayan saçlar, bir qadının gözəlliyini önə çıxaran ən vacib amildir. Fransız qadınları saçlar üçün kimyəvi məhsullar istifadə etmək yerinə, təbii maskalar tətbiq edib, yuduqdan sonra nəmini qorumaq üçün öz təbii halı ilə qurumağa buraxırlar.

Sağlam qidalanın

Fransız qadınlarına görə yaxşı qidalanmaq sağlamlıq üçün əsas şərtdir. Sağlam qidalanmaq sağlam yaşamaq və sağlam cild deməkdir. Protein və minerallardan kifayət qədər yeməniz lazımdır. Fransız qadınları arada antioksidan tərkibli şərab içməyə üstünlük verirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm