• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əcnəbilərə tanış olmayan 10 sovet əşyası

  • Maraqlı
  • 15 İyul 2014 10:34
  • 532 Baxış
Əcnəbilərə tanış olmayan  10  sovet əşyası

“Maxim” jurnalı SSRİ-də mövcud olan və nostalgiya hissi yaradan əşyaların siyahısını hazırlayıb.

  1. Pionerbol. Bu, 30-cu illərdə mövcud olmuş uşaq voleyboludur. Burada cinsindən və dinindən asılı olmayaraq hamı oynayırdı.
  2. Gizli turniketlər. Yanlış keçid zamanı daima insanı qorxu altında saxlayan metro keçidləri.
  3. Bişirilmiş qatılaşdırılımış süd. Xarici ölkələrdə də qatılaşdırılmış karamel iyi verən süd satılır. Lakin SSRİ-də hazırlanmış qatılaşdırılmış südün yerini heç nə verə bilməz.
  4. Hamam süpürgəsi. Bir yığın süpürgə hamamda dincəlməyə gələn insanların ehtiyacını ödəyir.
  5. Kvas. Qazlı sular bu gün də geniş yayılıb, amma kvasdan yalnız SSRİ-də istifadə olunub.
  6. Tum. Azərbaycan xalqının da çox sevdiyi günəbaxan tumları elə SSRİ dövründə qaldı.
  7. Köhnə Yeni İl. Avropa Qriqorian təqviminə XVI əsrin sonlarında keçib. Lakin Rusiya hələ də köhnə yeni ili qeyd edir.
  8. Aktivləşdirilmiş kömür. Mədə ağrılarının müalicəsi üçün effektiv dərmanlardan biri.
  9. “Kim? Harada? Nə vaxt?” və ŞHK. Viktorinalar və Şən Hazırcavablar Klubu hər zaman SSRİ-də məşhur olub.
  10. Qarabaşaq. SSRİ-də ən çox istifadə edilən qidalardan biri də qarabaşaq hesab olunur.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR